MÜQƏDDƏS KİTABIN YƏCUC-MƏCUC ƏFSANƏSİ VƏ TRAMP :Dindar olmayan prezident niyə bu qədər FANATİKDİRr?
Con Feffer “Foreign Policy” Geri qayıdın, Yəcuc və Məcuc (Goq və Maqoq). Amma Sizin üçün darıxdığımı deyə bilmərəm… Yəcuc və Məcuc hekayətini 2003-cü ildə oğul-Corc Buş İraqı işğal etmək və koalisiya qurmağı planlaşdırdığı zamanı xatırlatmışdı. Fransa prezidenti Jak Şirak bu məsələdə olduqca istəksiz idi, buna görə Buş onun müqavimətini qırmağa israrlıydı. Şirakın saqqızını oğurlamaq üçün Buş Yəcuc və Məcucla bağlı Bibliya kəlamına istinad edirdi (Son dövrlərdə bəzi yevangelistlər də Yaxın Şərqdə Axirəz-zamanın yaxınlaşdığını iddiasındadır). Nə baş verdiyini anlamaq üçün Şirak bir ilahiyyatçı ilə məsləhətləşməli oldu. Sonra Şirak dedi ki, Yəcuc – Məcucun lideridir, Məcuc isə – düşməndir… Yəcuc və Məcucla müharibə Qiyamət doğuracaq. Çünki Müqəddəs Kitabın proqnozları dəqiq olmadığından Məcuc kim desən ola bilər: şeytan, müsəlmanlar, hətta (Şiraka görə) pis hazırlanmış sufle. Amma Buşun daha dəqiq bir təfsiri vardı: Səddam Hüseyn Yəcuc idi və onun çağırışı böyük bir səs-küy yaratmaqla, lazımi nəticəni verdi. 2009-cu ildə bu hekayəti təsdiqləyən Şirak Buşun dini fanatizmindən heyrətə gəldiyini gizlətmirdi. Buşun ətrafındakı, o cümlədən diplomat Kurt Volker də daxil olmaqla, bir sıra ABŞ rəsmiləri bu hekayəti qətiyyətlə rədd etdilər. Amma Buşun özü belə fantaziyaları inkar etsə belə, ABŞ xarici siyasətinə təsir göstərən dairələrdə çox sayda yevangelist var. İllər boyu Vaşinqton çoxsaylı məcuclar müəyyən edib və həmişə təxminən eyni sayda yəcucları taxtından endirib, çünki "Tanrı həmişə bizim tərəfimizdədir". Həqiqətən də, Tanrının Yer üzünə dair planlarını həyata keçirməkdə ABŞ-ın rolu Con Uintropun Massaçusetts körfəzindəki yeni koloniyanın əsasını qoyduğu zamanlardan Amerika xarici siyasətinin leytmotividir; Amerika istisnalığının məhək daşıdır; bu, ölkənin təkrarlanan ksenofobiyasına töhfə verən amildir. Lakin Yaxın Şərq geosiyasətinə Bibliyavarı peyğəmbərliyin tətbiqi hələ yeni haldır. Qiyamət ssenariləri Hal Lindsinin 1970-ci ildə nəşr edilən “Böyük Planet – Yer” kitabı son vaxtlar fundamentalistlərin bədbin proqnozlarını kütləviləşdirib. “Bantam Books”un nəşri (Lindsinin kitabı) Yaxın Şərq siyasətinin şifrəsini açmaq üçün Müqəddəs Kitabdan ipuçları verən saxta alimciyəzlərin kustar sənayesinə yol açdı. Lindsinin bəsirətinə görə, Yəcuc və Məcuc müharibəsi İsrailin sovet işğalı ilə başlayacaqdı. Anti-Məsih (Dəccal) vahid bir Avropa şəklində görünəcəkdi və 1980-ci illərdə seçilmişlərin hamısı asimana (cənnətə) yüksələcəkdi. Bu cəfəngiyatın əsas cəlbedici məqamının bir əlaməti kitabın – əvvəlcədən onu bir yeniyetmə kimi oxuduğumu etiraf edirəm –, bu, elmi fantastika olması idi. Orson Uels sayağı. 1980-ci illər gəlib-keçdi. Dünya sona çatmadı. 88 yaşı olan Hal Lindsi hələ də hər həftə yarım saatlıq inanılmaz proqnozlar “səpələyir”. Nəhayət, proqnozların həyata keçməməsi əslində, yeni proqnozlar verməməyə və ya onları dinləməyə maneə törətmirdi (bunu Yeddinci Günün adventistlərindən də soruşa bilərsiniz). Lindsinin “müvəffəqiyyəti”ndən bir neçə il sonra “Left Behind” kitabları dövriyyəyə girdi. Yəcuc və Məcucun bu versiyasında da diqqət İsrail üzərində mərkəzləşmişdi, lakin Birləşmiş Millətlər Təşkilatını qaniçən cani olaraq səciyyələndirirdi. Bu dəfə Nikolas Keyc kitabın film versiyasında görünməkdən utanmadı. Müasir dəccallar Bu gün də bəzi millenarilər (minillikçilər) BMT-ni Məcuc olaraq səciyyələndirməyə davam edirlər. Digərləri isə Şimali Koreyanı Dəccal kimi təsvir etməkdən sevinclidirlər. Ancaq ümumiyyətlə, diqqət İsraildə və daha konkret Qüdsdə qalır. Donald Trampın bu rəvayətdə yeri haradadır? ABŞ prezidenti Yəcuc əleyhinə cihada çıxmış səlibçi kimi görünə bilər. Yevangelist icma 2016-cı il seçkilərindən Tramp ətrafında cəmləşib, baxmayaraq ki, onun çoxsaylı günahlarına (Sammer Zervos, Stormi Daniels və s.) dair davamlı açıqlamalar səslənir. Dəstəyin çoxu Trampın vədlərindən (abort, Ali Məhkəməyə namizədlər) irəli gəlir. Amma xarici siyasət komponenti də var. Misal üçün, fələstinlilərə meylli bəzi erkən notlara baxmayaraq, Tramp İsrailin böyük tərəfkeşidir. O, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi qəbul etdiyini açıqladı. Trampın qərarı sağçı yevangelistlər üçün yaxşı geosiyasətdir: onların rəyincə, İsrail müsbət gücdür və Vaşinqtonun onun adından etdiyi hər şey ABŞ-a və ümumən xristianlığa kömək edir. Qüds qərarı ilə yanaşı, Tramp lazım olarsa, İsrail üçün bütün dünyaya qarşı çıxmağa hazırdır. Bir sorğunun nəticələrinə görə, yevangelist rəhbərlərin 65%-i özünü proto-insan sayır, bu, İsanın ikinci gəlişi də daxil olmaqla, Məsihin Yer üzündə min illik hökmranlığını əhatə edən xristian doktrinasının bir zənciridir. İsa haqqında bir kitabın müəllifi olan Neyt Payl “Newsweek”ə müsahibəsində deyib: "İsrailin siyasi sərhədləri, Müqəddəs Kitaba əsasən, israillilərə vəd edilən ərazilərin sahibinə çatmasından əvvəl bərqərar olunur". Başqa sözlə, İsrail baş naziri Binyamin Netanyahu Qəzzanı blokadaya aldıqda, Fələstin torpaqlarında qanunsuz yaşayış yerlərini tikintisini təşviq edərkən və İsrail-Fələstin münaqişəsinin ikidövlətli həllini rədd etdikdə, Tanrının hökmünü yerinə yetirən vasitədir. Tramp – Netanyahuun fanatıdır, buna görə də Tramp da Tanrının alətidir. Möcüzələr və əlamətlər İŞİD-in məğlubiyyətinin sizi aldatmasına imkan verməyin. Yaxın Şərq münaqişə ocağı olaraq qalır və hələ də çox sayda yəcuclar mövcuddur. Yaxın Şərqdə, Hal Lindsi kimi şəxslərin göstərdiyi ən yaxşı namizədlərdən biri Suriyadadır. Suriya lideri Bəşər Əsəddə Yəcucun bütün əlamətləri var. Səddam Hüseyn kimi, o da hakim azlığı təmsil edən BƏƏS-çidir. Həm də, Səddam kimi, Əsəd “Ərəb baharı” etirazları zamanı öz əhalisini amansızcasına qətlə yetirib. Müxalif qüvvələrin olduğu Şərqi Quta şəhərinə Suriya təyyarələrinin ən son hücumları zamanı 500-dən çox adam ölüb və 1500-dən çox yaralı sayılıb. Eyni zamanda, ABŞ Suriyada sayı bilinməyən qoşun saxlayır… Nə üçün? Bu sualı cavabı Trampın əsl Məcucuna gətirib çıxarır. Onu "qəssab" adlandırsa da və Suriyada kimyəvi silahların istifadəsinə cavab olaraq keçən ilin aprel ayında Suriya qüvvələrinə 59 “Tomahawk” raketi ilə zərbə endirsə də, Trampın qayğısı Əsəd deyil. Onun fikri-zikri İrandır. Administrasiya Suriyadakı ABŞ qoşunları ilə İranın ölkədə təsirini genişləndirməsini maneə törətmək istəyir. Bununla yanaşı, Tramp administrasiyasının İranla birbaşa qarşıdurma üçün hazırladığı müxtəlif fərziyyələrdə Yəcuc və Məcuc kimi mükəmməl bir resepti var. Əlbəttə, Yaxın Şərqdə digər apokaliptik ssenariləri mövcuddur. Səudiyyə Ərəbistanı və İran birbaşa və ya öz vəkilləri vasitəsilə müharibəyə başlaya bilər. İranın nüvə razılaşması qüvvədən düşərsə, İsrail İranın nüvə kompleksini bombalamağa qərar verə bilər. Sünni radikalizminin yeni bir versiyası ortaya çıxa bilər. Amma bu ssenarilərin hamısında Tramp, İsrail və Səudiyyə Ərəbistanı kimi qurucu üzvlər və sünni terror təşkilatı ilə gizli müqavilələrlə, İrana qarşı mübarizə aparacaq. Tramp dindar adam deyil. O, Müqəddəs Kitabdan düzgün sitat gətirə bilməz və prezidentlər arasında kilsə ilə ən zəif əlaqəsi olan şəxsdir. İsrailin baş naziri Binyamin Netanyahu və ya Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla etdiyi söhbətlərdə onun Yəcuc və Məcucdan sitat gətirəcəyini gözləməyin. Ancaq Tramp mübarizə üçün qaşınır… Tərcümə: Strateq.az