ƏRDOĞAN: GÖRÜNTÜLƏRİ VARDI, PUTUNƏ GÖNDƏRDİM...

İstər cənab Putinlə, istərsə də cənab Trampla baş tutan telefon görüşmələrində əsas gündəm Suriya məsələləri idi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Suriyada baş verənlər barədə danışdıq. Suriyada tez bir zamanda sülhün bərqərar olması üçün nələr edilə biləcəyi barədə müzakirə apardıq. Xüsusən təkid etdik ki, bölgədəki vəziyyətin gərginləşməsi düzgün deyil, sülhün yaradılması və bölgədə baş verən faciənin sona çatması lazımdır. Şərqi Quta və Dumada yaşananlar can yandıran idi, fəlakət tabloları idi. Məndə video görüntülər var idi. Bu videoları bilərəkdən Putinə göndərdim”, - Ərdoğan bildirib.

***

Günün əsas xəbər başlıqları videoda...






Fikirlər