İRAN: 3 ölkənin Suriyaya hücumu ŞOU idi
İranlı diplomat 3 ölkənin səudiyyəlilərin pullarını almaq üçün Suriyaya hücum etdiyini söyləyib. “A24.az” bildirir ki, Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı həyata keçirdiyi əməliyyat hələ də gündəmdədir. İran İslam Respublikasının lideri Həsən Ruhaninin hücumu qınamasından sonra İranın dini lideri Xamaneiyə yaxın olan bir şəxsdən Səudiyyə Ərəbistanına reaksiya gəlib. İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasətlər Komissiyasının üzvü Məhəmməd İbrahim Rizayi Suriyada gerçəkləşdirilən hücumun arxasında Səudiyyə Ərəbistanının olduğunu iddia edib. İranlı diplomat “Suriyada baş verənlər daha çox psixoloji istiqamətə sahibdir və hərbi şoudur. Bu hücum Ərəbistanın mövcud qaynaqlarından daha çox istifadə etmək üçün edildi. Çünki bu ölkələrin liderləri dəfələrlə söylədiyi kimi Ərəbistana damazlıq inək gözü ilə baxırlar” ifadələrini işlədib.