ƏRDOĞANI 12 YAŞLI OĞLAN ƏVƏZLƏDİ- VİDEO-FOTO
Türkiyə Prezidenti R.T.Ərdoğan 23 apreldə postunu 12 yaşındakı Fatih Mintaş adlı uşağa təhvil verib. Fatih prezident olsan "ilk görəcəyin iş nə olardı?” sualına, "xalqıma xidmət edərdim” cavabını verib. AzerTaym.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan 23 aprel Milli Suverenlik və Uşaq Bayramı çərçivəsində Prezident iqamətgahında uşaqları qəbul edib. O, kreslosunu 12 yaşlı 6-ci sinif şagirdinə verib. "Bu kresloda əyləşmək necə hissdir?" sualına 12 yaşlı Fatih "qürur verən bir duyğudur" deyə cavab verib. Uşaqlarla görüşdə nəvələrindən danışan Ərdoğan deyib ki, dünən İstanbulda nəvələrimlə bərabər zaman keçirdim.