İSRAİLDƏN İRANA MÜHARİBƏ elanı - “BİZ HAZIRIQ”
İsrail baş naziri Benyamin Netanyahu İranla mümkün müharibənin başlama ehtimalından danışıb. “Qafqazinfo” xəbər verir ki, o, Suriyada İranın mövcudluğunun İsrail üçün təhdid olduğunu deyib. Netanyahu İranın bu bölgədə hərbi texnikalarının sayını artırmasının və daha da güclənməsinin yolverilməz olduğunu bildirib: “İranın addımlarının qarşısını alacağıq. Biz istənilən ssenariyə hazırıq. Əgər indi hərəkətə keçməsək sonra bu səhvə görə böyük itkilərlə üzləşə bilərik”.