Paşinyanın Cənubi Qafqaz strategiyası cəza ilə nəticələnəcək - ANALİZ

2018/06/34534_1528795892.jpg

Ermənistanda baş verən inqilabın ilkin ərəfəsində "Qarabağ klanı"nın hakimiyyətdən uzaqlaşdırılması və Qarabağ məsələsində Ermənistanın mövqeyində dəyişikliyin olması ehtimalı ilə dünya mətbuatı və ekspertləri arasında müəyyən müsbət gözləntilər vardı. 

 

Məsələ burasındadır ki, Qərb münaqişənin həllinə dair çətinliyini, Ermənistanın arxasında Rusiyanın durması ilə izah edir. Lakin məlum oldu ki, Ermənistanın rəsmi mövqeyində Qarabağ məsələsi ilə bağlı heç bir dəyişiklik olmayacaq. Əksinə Paşinyan Sarkisyan dövründən səsləndirilən, qondarma qurumun danışıqlar masasına gəlməsi barədə sərsəm sözləri yenidən bəyan etdi. 

Əsasən Rusiya ekspert dairələrində, 30 yaşlı qərbyönlü liberal şəxslərin yeni hökumətdə yer almasını, Ermənistanın qərbyönlü siyasətə üstünlük verəcəyi kimi dəyərləndirməyə başladılar. 

Paşinyanın ilk səfərini Gürcüstana etməsi də Rusiya təsirindən çıxmağa istiqamətlənən addımdır. Bu səfər, bir tərəfdən Gürcüstanın qərbyönlü xarici siyasətini öyrənmək məqsədi daşıyırdısa, digər tərəfdən Cavaxetiya bölgəsində separatçı toxumların səpilməsini hədəfləyirdi.

Beləliklə, Ermənistan Gürcüstanla münasibətlərini Rusiyaya qarşı istifadə etməklə yanaşı, həm də Cavaxetiya vasitəsilə, məhz Gürcüstana qarşı fəaliyyət göstərməyə hazırlaşır. Ermənistanın yeni hakimiyyətinin Rusiya əleyhinə siyasətinə əsas sübut Paşinyanın müxalif düşərgədə olduğu zamanda parlamentdəki Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına üzvlüyün əleyhinə, erməni-rus münasibətlərinin qeyri-qənaətbəxş olması haqqında çıxışlarıdır. 

Bununla yanaşı, yeni məmurlar vaxtilə Rusiya əleyhinə nümayişlərdə iştirak ediblər. Faktiki vəziyyətə görə, Ermənistanın Rusiya çərçivəsindən çıxmasına səbəb yalnız ermənistanlılar deyil, həm də Rusiyada yaşayan ümumerməni maraqlarını qoruyan ermənilər və Kremlə bilərəkdən yalan məruzələr edən bəzi rusiyalı məmurlarda da məsuliyyət daşıyırlar. Bunları Rusiya prezidenti Vladimir Putin də yaxşı dərk edir və lazımi nəticələr özünü çox göstərməyəcək. 

Faktiki olaraq, Ermənistan ordusunun Baş Qərargah rəisi, rusyönlü Movses Hakobyanın vəzifədən uzaqlaşdırılması, ABŞ kəşfiyyat orqanları ilə əlaqədə olan yeni müdafiə naziri Davit Tonoyanın vəzifəyə təyinatı Kremlin bölgə üzrə bütün siyasi ritorikasını dəyişməsinə səbəb ola bilər. Gözlənilən cəzanın adı isə birdir - Qarabağ.






Fikirlər