CHP liderindən iqtidar və məmurlara XƏBƏRDARLIQ...
Türkiyədə keçirilən seçkidə ailəsi ilə birlikdə səs verən CHP lideri Kamal Kılıçdaroğlu AKP iqtidarına və ölkədəki məmurlara xəbərdarlıq edib. "AzerTaym.az" bildirir ki,Strateq.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə o, hazırda səsvermədə ciddi sıxıntılar olmasa da, şikayətlərin olduğunu deyib: “Hazırda CHP-nin deputatları problem və şikayətləri həll etmək üçün əllərindən gələni edirlər. Bütün dövlət məmurlarına buradan səslənirəm: lütfən, dövlət məmuru olduğunuzu unutmayın. Sizlər dövlətin mənfəəti üçün çalışmaq məcburiyyətindəsiniz”. CHP lideri deyib ki, əsas problemlər Türkiyənin şərqi və cənub-şərqindədir: “Bu bölgələrimizdən şikayətlər var. Seçimin üzərinə kölgə düşməməlidir. Məntəqələrdəki tərəfdarlarımızın vəzifələrini həyata keçirmələri üçün şərait yaradılmalıdır. O zaman heç bir qayğımız da olmaz”. Sonda partiya sədri nahardan sonra mətbuat konfransı keçirəcəklərini bəyan edib.