Əməkdaşımız İstanbulun ŞƏHİDLƏR körpüsündəki mitinqindən xəbər verdi (Fotolar, video)

Rəcəb Tayyip Ərdoğan: “O gecə bizim üçün dua edənlərlə FETO-nun uğurları üçün çalışanları heç bir zaman unutmayacağıq”

15 iyul hadislərinin ildönümündə İstanbuldakı Şəhidlər Körpüsündə böyük mitinq keçirilib. Musavat.com-un İstanbula ezam edilmiş əməkdaşı xəbər verir ki, “Bu dava böyük” şüarı ilə saat 21.00 radələrində başlanan şəhidləri anım tədbirində yüz minlərlə insan iştirak edib. Tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər, habelə ölkənin tanınmış siyasətçiləri, sənətçiləri də qatılıb.

Aksiya 15 iyul hadisələrində həyatını itirərək şəhidlik ünvanına yüksələn insanların yad edilməsi ilə başlanıb. Aparıcı böyük ekranda adları və fotoları görünən şəhidlərin adını çəkdikcə meydandakı insanlar birağızdan “burda” deyirdilər. Yüksək təhlükəsizlik şəraitində təşkil edilən aksiya daha sonra Türkiyənin prezidenti Ərdoğanın çıxışı ilə davam edib: “15 iyul bizə bu həqiqəti bir daha göstərdi. Bu millət cəsur bir millətdir, bu millət qəhrəman bir millətdir, bu millət azadlığına, canı bahasına sahib çıxan bir millətdir. Türkiyədə demokratiyanın da müstəqilliyinin ən böyük təminatçısı fərdi və xidmətkarı olmaqdan hər zaman şərəf duyduğum məhz bu millətdir. O gecə bizim üçün dua edənlərlə FETO-nun uğurları üçün çalışanları heç bir zaman unutmayacağıq. Şəhid ediləcəyini bildiyi halda darbəçilərə meydan oxuyan Ömer Halisdemirləri, 16 yaşında atası ilə bərabər şəhadətə doğru addımlayan Abdullah Tayyip Olçokları, Gölbaşında bombaların hədəfi olan 52 igid özəl hərəkat polisimizi əsla unutmayacağıq. O gecə ölkəmizə xəyanət edən, millətimizə qurşun sıxan qatillər ən ağır cəzalara məhkum edilir. Pensilvaniyadakı məlunun hiylə, yalan dolanla böyük bir gizlilik içində böyütdüyü heyvanın qollarını kəsdik”.

“Öz aləmlərində 15 iyulu əhəmiyyətsizləşdirməyə çalışanlar əslində gizli olaraq ölkəmizə və millətimizə qarşı ruhlarında yığıb saxladıqları kin və nifrətlərini dilə gətirirlər. Terrorla mübarizəmizi kiçiltməyə çalışanlar da eyni ruh halındadılar. Heç bir siyasi, sosial, iqtisadi mənfəət, heç bir şəxsi kidurət belə bir alçaqlığa əsas gətirə bilməz. Şəhidlərimizin əziz ruhlarının acl çəkdirilməsinə, qazilərimizin incidilməsinə əsla icazə verə bilmərik. Belə bir davranış içinə girənlər qarşılarında öncə bu əziz millətin bir fərdi olaraq və Türkiyə cümhuriyyətinin prezdenti olaraq bizi tapacaq. Hər şəhid ailəsi və hər qazi mənim öz qardaşım kimidir. Onlara edilən hər yanlış hərəkəti öz şəxsimə qarşı edilmiş kimi qəbul edər və buna müvafiq davranaram. Bir daha 15 iyulları yaşanmaması üçün uşaqlarımızı bu məntiqlə yetişdirməliyik. Dinini, milliyyətini, dilini, vətənini, dövlətini bilməyən hər uşaq terror təşkilatlarının potensial hədəfidir. Amma mənim sizdən bir xahişim var. Şəhadət bambaşqa bir şeydir, o məqam çox başqadır. Şəhadətin incəliyini, həssaslığını, özəlliklə qavramaq və şəhadətin istismar edilməsinə də əsla icazə verməmək lazımdr ki, şəhidlərimizi o statusda narahat etməyək”.

 






Fikirlər