Azərbaycan Ordusu 10 günün içində... - İrəvan QORXU İÇİNDƏ, Paşinyan...
İrəvanda Azərbaycan Ordusunun işğal altındakı əraziləri azad etmək üçün yaxın günlərdə hərəkətə keçəcəyinə dair ciddi qorxular var.
Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə qorxularını açıq şəkildə dilə gətirib.
Ermənistanın baş naziri Paşinyan Azərbaycan Ordusunun cəbhəyə yeni qüvvələr topladığını iddia edib.
“Azərbaycan bu addımla Ermənistan üçün məsələni adiləşdirmək və lazımi anda zərbəni vurmaq istəyir. Orduya əmr vermişəm. Biz hamımız müharibəyə hazır olmalıyıq”, - deyə o bildirib.
Paşinyan dünyadakı ermənilərə də səslənib: “Dünyanın hər yerində yaşayan istənilən erməni müharibə başlayacağı təqdirdə Ermənistan ordusunda xidmət etmək üçün hazır olmalıdır”.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin “prezidentinin” təhlükəsizlik məsələləri üzrə “köməkçisi” Tiqran Abramyan isə müharibənin 10 gün içində başlaya biləcəyini deyib.
“Cəbhədəki hərəkətlilik müharibənin 10 gün, yaxud bir ay ərzində başlaya biləcəyini deməyə əsas verir. Azərbaycan faktiki olaraq buna hazırlaşır”, - deyə separatçı iddia edib.
Onun iddialarına görə, Azərbaycan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının başa çatmasını gözləyirdi