TÜRKİYƏ hərbisində İNQİLABI dəyişiklik olacaq
Türkiyənin hərbi sənayesində ölkə üçün inqilabi yeniliklər olacaq. AzerTaym.az saytının “Akşam” nəşrinə istinadən verdiyi xəbərə görə, Türkiyə 2023-cü ildə özünün pilotsuz döyüş aparatlarını səmaya qaldıracaq. Türkiyə müdafiə sənayesində yerli istehsala üstünlük verməyi qarşısına hədəf qoyub. Rəsmi Ankaranın hədəfi budur ki, müdafiə sənayesində istifadə olunacaq texnikaların 100 faizi Türkiyə istehsalı olsun. Türkiyənin prezidentli respublika idarəçiliyinə keçməsindən sonra bu prosesin sürətlənəcəyi ehtimal olunur. Bildirilir ki, Türkiyənin “ağıllı bombalarla” təchiz olunan pilotsuz uçuş aparatları 2020-ci ildə istifadəyə veriləcək.