RUSİYA ORDUSUNUN KOMANDANI Merkellə nəyi müzakirə edib?
Almaniya qəzeti Moskvadan gələn elçilərlə kanslerin müəmmalı görüşündən yazıb. Bu həftənin 2-ci günü Berlində baş tutan müəmmalı görüş siyasi ekspertlərin diqqətini cəlb edib. Almaniyanın “Bild” qəzetinin əməkdaşları Yulian Röpke və Filip Pyatovun yazdığına görə, həmin gün Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Hayko Maas Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov və xarici işlər naziri Sergey Lavrovu qəbul ediblər. Görüş zamanı Ukraynanın şərqində və Suriyadakı münaqişələrin müzakirə edildiyi güman olunur. Yazıda danışıqların əsas mövzusunun İran tərəfindən dəstəklənən könüllülərin İsrail-Suriya sərhədlərindən uzaqlaşdırılması ola biləcəyi ifadə edilib.