KREML Ermənistandakı son həbslərdən NARAZIDIR – Yerevana silah tədarükü dayandırıla bilər
Rusiya hakim dairələri Ermənistan hakimiyyətinin son addımlarından ciddi qıcıq hissi keçirirlər. Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, adı açıqlanmayan yüksək vəzifəli rusiyalı məmurun bildirdiyinə görə, xüsusən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı cinayət ittihamının irəli sürülməsi Kremli özündən çıxarıb. “Kremldə Xaçaturovun məhkəməyə cəlb edilməsini hərbi blokun imicinə ciddi zərbə hesab ediblər və təşkilata başqa ölkənin nümayəndəsinin ona sədr təyin olunmasını planlaşdırır”. Bundan başqa, insident iki ölkə arasında 100 milyon dollarlıq hərbi kreditlə bağlı müqavilənin reallaşmasına da mane ola bilər.