Qərbli turistlərə qarşı terror olayı iki qonşu dövləti ÜZ-ÜZƏ GƏTİRDİ...

Ekspertlərin fikrincə, Tacikistan İranı Şanxay Əməkdaşlıq Təşkilatına buraxmamaq üçün amerikalı turistlərin öldürülməsi hadisəsini Tehranın üzərinə yıxmaq istəyir

Tacikistanda baş verən terror hadisəsi Asiyanın eyni dildə danışan iki dövlətini qarşı-qarşıya gətirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Tacikistan və İran arasında münaqişə bu vaxta qədər ən yüksək nöqtəsinə gəlib çatıb.
Çünki rəsmi Düşənbə bu həftə ölkə ərazisində 4 qərbli turistin öldürülməsi hadisəsinin İran tərəfindən təşkil olunduğunu bəyan edib.

Məsələ ilə bağlı olaraq Tacikistanın İrandakı səfiri Nematullo Emomzadə dünən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb. Iran diplomatik idarəsi səfirə rəsmi Tehranın “Tacikistanın saxta və əsassız” ittihamları ilə bağlı narazılığını dilə gətirib.

Xatırladaq ki, iyul ayının 29-da iki amerikalı, isveçrəli və hollandiyalıdan ibarət 4 turist velosipedlə Tacikistan ərazisində səyahət edərkən öncə minik avtomobili ilə yolda vurulublar. Daha sonra avtomobildən düşən naməlum şəxslər yıxılan turistləri bıçaq zərbələri ilə qətlə yetiriblər. Təhqiqat başa çatmamış Tacikistan hakimiyyəti artıq günahkarı müəyyən edib.

Картинки по запросу 4 tourist killed in tajikistan

Doğrudur, hadisəyə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb. Lakin respublikanın Daxili İşlər Nazirliyi cinayətin “Tacikistanın İslam Dirçəlişi Partiyası” (TİDP) tərəfindən törədildiyini bildirib.

Güc strukturları belə bir qənaətə sağ qalan yeganə cinayətkar Hüseyn Abdusəmədovun ifaədələrindən sonra gəldiklərini söyləyiblər. Abdusəmədov 2014-2015-ci illərdə İranda ideoloji və diversiya hazırlığı keçdiyi barədə ifadə verib.

Daxili İşlər Nazirliyi həmçinin saxlanılan şəxsin, terror aktının sifatişçisi olduğu deyilən, TİDP üzvü “Kori-Nosir” ləqəbli, Nosirxuco Ubaydovla əlaqələrinin üzə çıxarıldığını yayıb.

Lakin ekspertlər TİDP-nin cinayət hadisəsinə aidiyyatı və İranın bu hadisədə iştirakı ilə bağlı versiyaları şübhə altına alıblar.

Картинки по запросу tajikistan islamic renaissance party

“Bizlərdən heç kim TİDP sıralarında Kori-Nosir adlı bir şəxsin olduğunu eşitməyib. Ümumiyyətlə, belə bir hadisəni sığınacaq üçün pənah tutduğu ölkələrin vətəndaşlarına qarşı törətmək TİDP-nin nəyinə lazımdır”, - “Human Rights Watch” hüquq müdafiə təşkilatının Mərkəzi Asiya üzrə nümayəndəsi Stiv Sverdlou Rusiyanın “Kommersant” qəzetinə bildirib.

Dünən isə TİDP-nin nümayəndəsi Maxmudcon Fayzrahmanov Nosirxuca Ubaydovun TİDP üzvü olmadığını və onu adının parityanın sənədlərində keçmədiyini bəyan edib. Fayzrahmanov partiyanın fəaliyyətinin qadağan olunmasından sonra onun üzvlərinin İran, Rusiya, Türkiyə və hətta Avropaya qaçdığını təsdiqləyib.

Hakimiyyətin versiyasına şübhə salan faktlardan biri də turistlərə hücum edən dəstə üzvlərinin, o cümlədən Hüseyn Abdusəmədovun videogörüntülərinin yayılması olub. Onların Nurek su anbarının sahillərində İŞİD bayrağı altında oturduqları görünür.

Картинки по запросу 4 tourist killed in tajikistan

Lakin bu belə Tacikistan hüquq mühafizə orqanlarının hadisədə İran izinin olması fikrindən daşındıra bilməyib. Ölkənin “Xovar” dövlət agentliyi heç bir istinad vermədən TİDP-nin İranla əməkdaşlıq etdiyi barədə xəbər yayıb.

“Kommersant” hadisənin birbaşa Rusiyanın maraqlarına toxunduğunu yazıb. Belə ki, Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatında olmasını çox arzuladığı İranın bu istəyi Düşənbə tərəfindən dəfələrlə blok edilib.

Картинки по запросу İran SHOS

“Taciskistanın prinsipial mövqeyi sayəsində Şanxay Əməkdaşlıq Təşkilatının iyun ayında Sindao (Çin) şəhərində keçirilən sammitində İranın üzvlük məsələsi heç gündəmə belə, gətirilməyib”, - “Müasir İranı araşdırma mərkəzi”nin baş direktoru Rəcəb Səfərov qəzetə bildirib.

Ekpert bu məsələnin Rusiyanı olduqca narazı saldığını vurğulayıb.

Kremlə yaxın “Valday” beynəlxalq düşüncə klubunun eksperti, Tehranın Şahid Beheşti adına Universitetinin baş müəllimi Həmidrza Əzizi də Tacikistanın son hadisədən İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvülüyü məsələsində istifadə edəcəyinə əmindir.

Картинки по запросу tajikistan saudi arabia

İranlı mütəxəssis Düşənbənin son zamanlarda ölkədə təsiri artan Səudiyyə Ərəbistanının istəyinə uyğun hərəkət etdiyini düşünür.

“İranın ŞƏT-ə üzv olması onun beynəlxalq mövqelərini möhkəmləndirə bilər ki, bu da heç cür Ər-Riyadın planlarına uyğun gəlmir”, - Həmidrza Əzizi “Kommerant”a müsahibəsinə qeyd edib.

 






Fikirlər