Trampdan Türkiyəyə qarşı DAHA BİR SƏRT ADDIM ı - Gömrük vergisini 2 dəfə artırd
ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma tətbiq olunan gömrük vergisini iki dəfə artırıb. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Tramp Tvitter səhifəsində yazıb. O bildirib ki, Türkiyə lirəsi sürətlə ABŞ dolları qarşısında düşür. Ölkələr arasında münasibətlərin hazırda yaxşı olmadığını vurğulayan Ağ Ev rəhbəri bundan sonra alüminium rüsumlarının 20%, polad rüsumlarının isə 50% olacağını deyib. Qeyd edək ki, 2017-ci ildə Türkiyədən ABŞ-a polad ixracatı 1 milyard dollar dəyərində olub.