PUTİN DAYANMIŞ MÜHƏRRİKİ İŞƏ SALMAQ İSTƏYİR – Arabanı atdan qabağa qoymaq?…

Related image

ABŞ-ın sanksiyaları sərtləşdirdiyi bir vaxtda Rusiyanın iqtisadiyyatı gücləndirmək istiqamətindəki yeni planı köhnə üsulda olduğu kimi, yenə də dövlət investisiyaları üzərində qurulur. Məqsəd, heç də istehlakdakı vəziyyəti düzəltmək yox, iqtisadi böyməni təmin etməkdir.

Rusiya İqtisadiyyat Nazirliyinin dərc etdiyi məlumata görə, Vladimir Putin hökuməti 2024-cü ilədək ölkəyə rubl ilə qoyulan kapital yatırımının həcmini iki dəfə artırmaq istəyir. Bunun sayəsində Ümumi Daxili Məhsula görə Rusiya investisiyası indiki 21 faiz ilə müqayisədə 25 faizə kimi yüksələcək və bu cür böyümə tempi pərakəndə ticarətdəki proqnozlaşdırılmış səviyyəni iki dəfə ötməlidir.

Bir neçə il Qərbin sanksiyalarının təsiri altında xarici kapitaldan məhrum olmuş iqtisadiyyatdakı yeni məhdudlaşdırma tədbirləri və dövlət xərclərinin kəskin artırılmasına keçid, istehlakçını çətin vəziyyətdə qoyur.
Putin, Çinin on il bundan öncə iqtisadi böyməni stimullaşdırmaq üçün hazırladığı iqtisadi strategiya proqramından nümunə götürərək, yüksək neft qiymətləri dövründə öz ölkəsi tarixinin ən çiçəklənən illərindən sonra kəskin dəyişikliyə hazırlaşır.

Əlavə dəyər vergisini qaldırmaq kimi tədbirlərə əl atmaqla, yeni iqtisadi strategiya seçən Rusiya hökuməti, dövlətin əlindəki resursları dəmiryollarının, körpülərin tikilməsi kimi bahalı layihələrə istiqamətləndirir. Beləliklə, Rusiya dövləti yaxın illərdə özəlləşməyə yəqin ki, getməyəcək. Ümumdünya Bankının məlumatına görə, əsas kapitalın toplanmasının həcmi Sovet İttifaqının dağılmasından sonra heç 25 faizə də çatmayıb.
Moskva Ali İqtisad Məktəbinin inkişaf mərkəzinin direktor müavini Valeri Mironov deyib: “Əgər biz investisiyaları artırsaq, onda bu, əmək haqlarının artmasına əngəl törədəcək. Arabanı atdan qabağa qoymaq olmaz, yəni investisiyanı iqtisadi böyümənin önünə qoymaq yanlış addımdır. Çünki iqtisadi böyümə ilk öncə investisiyadan yox, ixracatdan asılıdır”.

Televiziya çıxışında baş nazirin birinci müavini və həmçinin də maliyyə naziri olan Anton Siluanov dövlət maliyyəsini Rusiyanın mövcud və ya potensial sanksiyalar qarşısında “sabitliyin dayağı” kimi xarakterizə edib. O, deyib: “Son dövrlər biz resurslarımızı səpələmirik. Biz, vəziyyətin mümkün mürəkkəbliyini anlayırıq və aydın şəkildə başa düşürük ki, bizə dayanıqlı ehtiyat lazımdır”.

Nə vaxtsa Rusiya iqtisadiyyatının həyat mənbəyi olan daxili tələbat indi çətin günlər keçirir, belə ki, neftin qiymətinin düşməsi ilə yaranan iqtisadi tənəzzüldən sonra gəlirlər heç cür əvvəlki səviyyəyə çata bilmir.
Lakin Mərkəzi Bank artıq istiqrazlar üçün yüksək riskə malik təşkilatlara kredit buraxılışını məhdudlaşdırmağı planlaşdırdığına görə, hökumət gələn ildən başlayaraq ƏDV artırılması ilə dövlət xəzinəsini ildə 630 milyard rubl doldurmağa ümid bəsləyir.

2017-ci ilin fəaliyyətdə olan büdcə çərçivəsində özünün enerji resursları satışından əldə olunan gəlirləri istifadə edə bilməyən hökumət, infrastruktur xərclərini maliyyələşdirmək üçün neft gəlirləri, vergilər və kreditlər hesabına kapitalı səfərbər etməlidir. İqtisadi inkişaf naziri Maksim Oreşkin “Bloomberg”ə bildirib: “Xalis ixrac aşağı düşəcək, istehlak artacaq, ancaq çox ləng artacaq”.

Rusiya hakimiyyəti ölkədəki zəif institutlar və pis işgüzar mühit şəraitində yararsız vəziyətdə olan investisiyaların önünü açmaq istiqamətində az irəliləyib. Əsas kapitala çəkilən xərcin artmasının ləng getməsinə baxmayaraq, onlar başlıca olaraq hökumətin səylərindən asılı olub. ”Alfa Bank”-ın hesablamasına görə, keçən il üçün investisiyaların 90 faizi üç böyük dövlət layihəsinin payına düşüb.

Dəyəri 3,5 trilyon rubl olan yeni maliyyələşdirmə, infrastruktur xərclərinin bağlanması üzrə dövlət proqramının əsas mühərriki olacaq. Maliyyə nazirliyi kapitalın əldə edilməsi üçün əsas etibarıyla daxili borca güvənəcək, həm də ki, 2019-2021-ci illər üçün daha ambisiyalı kredit planının demək olar ki, 5 trilyon rubla başa gələcəyi nəzərdə tutulur. Yəqin ki, 2021-ci ildə Ümumi Daxili Məhsula münasibətdə dövlət borcu builki 14 faizdən 16,6 faizədək yüksələcək.

“Raiffeisen bank”-ın Moskvdakı analitiki Denis Porıvay hesab edir ki, əgər Çində investisiyanın artırılmasına edilən cəhd borcun böyüməsinə gətirib çıxarıbsa, onda çox güman ki, Rusiyada dövlət infrastruktur layihələrindən kənarda qalan özəl investorlar çətin ki, gəlir əldə edə bilsinlər.

(“Bloomberg”-ABŞ)






Fikirlər