Çin ABŞ-la müharibəyə hazırlaşır - MƏRUZƏ
Pentaqon Çinin öz hərbçilərini ABŞ və müttəqilərinə zərbələr vurmağa öyrətməsindən şübhələnir. Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda idarənin 2018-ci il Çin Silahlı qüvvələri ilə bağlı hazırladığı məruzədə deyilir. “Çinin Silahlı qüvvələri strateji əhəmiyyətli dəniz rayonlarında belə əməliyyatlar təcrübəsini əldə edərək son üç il ərzində suüstü hərbi əməliyyatlar zonasını genişləndirir və ehtimal ki, öz hərbçilərinə ABŞ və müttəfiqlərinə qarşı zərbələr vurmağa öyrədir”, - məruzədə qeyd edilib. Qeyd edilir ki, Pekin öz gücünü göstərərək Vaşinqtona hansı siqnal göndərmək istədiyi anlaşılmazdır.