Türkiyədə 3 hərbçi ŞƏHİD olub, 3-ü YARALANIB
İraqın şimalında Türkiyə Silahlı Qüvvələri ilə terrorçu PKK qruplaşması silahlıları arasında baş verən atışma nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb. “Report” "Heberler"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Terrorçular İraqın şimalından keçərək Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunda hərb hissəyə hücum ediblər. İraqın Kaniraş bölgəsində onlara qarşı antiterror əməliyyatı keçirilib. Türkiyə Daxili İşlər Nazirliyi isə bildirib ki, dekabrın 18-25-dək Türkiyə Silahlı Qüvvələri havadan və qurudan 872 antiterror əməliyyatı keçirib. Nəticədə terrorçulardan 4-ü məhv edilib, 15-i sağ ələ keçirilib, 6 terrorçu isə könüllü təslim olub. Digər bir məlumata əsasən, Şemdinlinin Derecik bələdiyyəsində silah-sursat anbarında təsadüfən əl qumbarasının partlaması nəticəsində müqavilə əsasında xidmət keçən 23 yaşlı hərbçi şəhid olub, 2 hərbçi isə yaralanıb.