Amerikalı general DƏHŞƏTLİ SONLUĞU ELAN ETDİ
Müharibə baş verəcəyi halda, ABŞ-ın ərazisi Rusiya və Çin silahlarından xilas ola bilməyəcək. Publika.az xəbər verir ki, “Military Times” nəşrinin yazdığına görə, bu haqda ABŞ-ın Silahlı qüvvələrinin Şimal komandanlığı və Şimali Amerikanın hava-kosmik müdafiəsi Komandanlığının başçısı, general Terrens Oşonessi bildirib. General ABŞ-ın Milli Qvardiyası Assosiasiyasının 140-cı konfransında çıxışında Birləşmiş Ştatların müdafiə strategiyasını tamamilə dəyişməyə çağırıb. “Biz ölkəmizin müdafiəsini yenidən fikirləşməliyir. Fikirləşməliyik ki, gücünə görə bərabər rəqibdən necə qorunacağıq”, - o əlavə edib. Bundan başqa, general bildirib ki, Pentaqon ən yeni silahlar qarşısında müdafiəsiz olmamaq üçün üsullar axtarır.