Xodorkovski Orxan Camal və yoldaşlarının qətlinin araşdırılmasına 5 MİLYON AYIRDI...
Rusiyalı milyarder bu qərarı Mərkəzi Afrika Respublikasında rusiyalı muzdluların fəaliyyətini araşdırmaq üçün gedən jurnalistlər Orxan Camal, Aleksandr Rastoqruyev və Kiril Radçenkonun müəmmalı şəkildə qətlə yetirilməsindən sonra qəbul etdiyini bildirib. Həmin hadisəyə görə layihənin baş redaktoru Andrey Konyaxin də istefa verib. “Mənə təqdim olunan materialların incələdikdən, habelə təcrübəli araşdırmaçı-jurnalistlərlə fikir mübadiləsi etdikdən sonra əsas xətanın bələdçinin seçilməsi zamanı yol verildiyi nəticəsinə gəldim”, - Xodorkovski deyib. Biznesmenin sözlərinə görə, həm bu səhvə, həm də ümumiyyətlə səyahətin hazırlıq keyfiyyətinə görə məsuliyyət TİM-in prodüser qrupunun üzərinə düşür. Lakin ən kiçik məsuliyyət belə bu cür situasiya üçün həddindən artıq çoxdur.
Xodorkovski buraya 3 jurnalistin öldürülməsinə görə şəxsi təqsrini boynundan atmadığını bildirib. “Bu həm də mənim üçün ağrılıdır. Layihəyə dəstək verən adam özüm olduğuma görə baş verən hadisə də bir şəkildə mənimlə bağlıdır”. Xodorkovski jurnalist qrupunun qətlinin planlaşdırılmış əməliyyat nəticəsində törədildiyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, Mərkəzi Afrika Respublikasında TİM-a aid olmayan jurnalistlər işi davam etdirirlər. Sürgündə yaşayan iş adamı jurnalistlərin qətlinin araşdırılması üçün əlavə bir fondun yaradıldığı və həmin fond üçün 5 milyon dollar məbləğində qrant ayırdığını xatırladıb. Bundan başqa, MAR-dakı cinayət işi ilə bağlı doğru informasiya verən üçün mükafat elan olunub. TİM-in keçmiş redaktoru Andrey Konyaxin isə “Facebook”dakı hesabından qətli müstəqil müxbir kimi təkbaşına araşdıracağını və onları öldürən “şərəfsiz məxluqlar”ı axtarıb tapacağını vəd edib.“YUKOS”-un keçmiş sahibi, biznesmen Mixail Xodorkovski “Təhqiqatların idarəetmə mərkəzi” (TİM) adlı layihəyə bir daha sponsorluq etməyəcəyini açıqlayıb.