RƏSUL QULİYEV: “Bütün tərəfdarlarımı Qarabağ mitinqində iştiraka səsləyirəm!”

Qarabağ mitinqinə qatılmayan partiyaların əksəriyyəti iqtidarın gizli agentura şəbəkəsinə daxil olan partiyalar olacaq!

Bu barədə Azərbaycan Respublikasının eks-spikeri Rəsul Quliyev sosial şəbəkədə olan öz hesabında qeyd etdiyi son paylaşımda deyilir. Həmin məlum paylaşımı sizlərə olduğu kimi təqdim edirik.

EKS-SPİKER RƏSUL QULİYEV:

QARABAĞ TORPAQLARI AZƏRBAYCANIN ƏN QƏDİM TORPAQLARIDIR!

Azərbaycanın qədim tarixində ən çox Qarabağın adı çəkilir. İndi bu torpaqlarda Erməni işğalçıları at oynadır desək yanılmarıq. Bu torpaqlardan bir milyondan çox soydaşımız qovularaq, didərgin salınmışdır… Minlərlə müdafiəsiz qalmış soydaşımız erməni terrorunun qurbanı olmuşdur!

Bu səbəbdən də 29 Sentyabrda Qarabağın azadlığı uğrunda təşkil edilmiş mitinqə çıxmaq hər bir vətəndaşın mənəvi borcudur! Mən sizləri və bütün tərəfdarlarımı Qarabağ Komitəsinin təşkilatçılığı ilə keçirilən mitinqə səsləyirəm!

Xüsusilə sinəsinə vurub torpaqlarımızı azad etmək üçün ölümə hazıram deyənlərin hamısı mütləq orada olmalıdır!

Bütün bunların fonunda hökümət çox adamın mitinqə toplaşacağından ehtiyyat edərək neytral mövqe tutmaq niyyətindədir. Bu səbəbdən də hökümətin agentləri olan bəzi partiyalar sözsüz ki, bu mitinqdə iştirak etməyəcəklər. Çünki onlara nə Qarabağ, nə demokratiya, nə də insanları azad olan Azərbaycan lazım deyil!

29 sentyabrda bu insanların kimlər olduğunun şahidi olacaqsınız…






Fikirlər