Azərbaycanın ilk rəsmi dövlət başçısı Rəsulzadə olub

Azərbaycanın ilk rəsmi dövlət başçısı Rəsulzadə olubBəziləri Məhəmməd Əmin Rəsulzadənin AXC-nin yaranmasında rolunu azaltmaq üçün maraqlı bir üsul düşünüblər. Deyirlər və yazırlar ki, Rəsulzadənin Cumhuriyyətdə heç bir rəsmi vəzifəsi olmayıb, sadəcə parlamentdə "Müsavat" fraksiyasina rəhbərlik edib.

Bunu hər yerdə rahatlıqla söyləyə bilərsiniz: Qısa müddətə də olsa Azərbaycanın ilk rəsmi dövlət başçısı məhz M.Ə.Rəsulzadə olub. 27 may 1918-ci ildə Azərbaycan Milli Şurası elan olundu və dövlət idarəetməsinin ali orqanı kimi fəaliyyətə başlaldı. Milli Şuranın həmin gün keçirilən iclasında M.Ə.Rəsulzadə özü iştirak etmədiyi halda sədr seçildi. "İttihadçılar"dan başqa hər kəs onun lehinə səs verdi. Bu zaman Rəsulzadə Hacınski ilə birlikdə Batumda Osmanlı heyəti ilə Zaqafqaziya Seymi nümayəndə heyətinin tərkibində danışıqlar aparırdı. Özü iştirak etməyə-etməyə lider olaraq seçilməsi, onun həmin dövr ictimai-siyasi nüfuzunun göstəricisi idi.


Eyni sözləri Ə.Topçubaşov barədə də söyləmək olar. O da parlamentin iclasına bir dəfə də sədrlik etmədi, ancaq parlament sədri oldu. 4 iyunda da Batumda Osmanlı ordusunun Azərbaycana hərbi yardımına hüquqi əsas hazırlayan müqaviləni də Azərbaycan adından M.Ə. Rəsulzadə və M.Hacınski imzaladı.

Nuri Paşa Milli Şuranın buraxılmasınnda təkid edənə qədər Rəsulzadə bu vəzifəni daşıdı. Sonradan buraxılmış Milli Şuranın bütün səlahiyyəti baş nazir Fətəli Xan Xoyskiyə verildi və ikinci kabineti təşkil etdi.

Zavallı Rəsulzadə təftişçiləri, haradan vurub çıxsanız, yenə də gerçəkləri dana bilməyəcəksiniz...


Fazil Mustafa (modern.az)






Fikirlər