20.09.2014- Rəsulzadənin nəvəsi kimi dəstəkləyir?
Bununla bağlı AzNews.az-ın suallarını cavablandıran R.Rəsulzadə bildirib ki, siyasət adamı olmadığından bu barədə fikir söyləmək istəmir: “Mən siyasət adamı deyiləm. Bu sahədən kənaram. Ona görə də Müsavat partiyasının qurultayı və başqan seçimi ilə bağlı heç nə deyə bilmərəm”.
Qurultayda iştirak edib-etməyəcəyinə gəlincə R.Rəsuladə bildirib ki, bu barədə dəqiq fikir söyləyə bilməz: “Hələ bilmirəm”.
R.Rəsulzadə səhhətilə bağlı da məlumat verib: “Səhhətim yaxşıdır, özümü babat hiss edirəm. Oktyabrda yenə müayinə olunmalıyam”.
Qeyd edək ki, Rəis Rəsulzadə Almaniyadakı “Şarite” hospitalında əməliyyat olunub.