VƏLİƏHD ŞAHZADƏ JURNALİSTİN QƏTLİ İLƏ BAĞLI DANIŞDI ENSASİON İSMARICLAR VERDİ...

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı bu gün ilk dəfə danışıb.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, şahzadə açıqlamasında jurnalistin qətli ilə bağlı çox maraqlı ifadələr səsləndirib.

O, Türkiyə ilə Xaşuqcinin qətliylə bağlı koordinasiyalı şəkildə işlədiklərini deyib. Əlavə edib ki, bəzi qüvvələr bu məsələdən sui-istifadə edərək, Türkiyə ilə Səudiyyə Ərəbistanının münasibətlərini pozmağa çalışırlar:

Biz jurnalistin qatillərinin cəzalandırılacağını hər kəsə göstərəcəyik. İndi ortalığı qarışdırmaq istəyənlərə səslənirəm: Türkiyə ilə aramızı poza bilməyəcəksiniz, Kral Salman bin Əbdüləzizin, vəliəhdin adını ləkələyə bilməyəcəksiniz. Türkiyədə bir prezident var, o da Ərdoğandır.  Onun adını da ləkələyə bilməyəcəksiniz. Sizin istədiyiniz əsla olmayacaq. İki ölkə arasındakı gözəl əlaqələri hamıya göstərəcəyik. Bütün dünyaya qatillərin cəzalandırılacağını göstərəcəyik”.






Fikirlər