Saakaşvili AZƏRBAYCAN dilində TƏŞƏKKÜR ETDİ- VİDEO
Gürcüstanda keçirilən prezident seçkilərində burada yaşayan azərbaycanlıların müxalifətin namizədinə səs verməsi keçmiş prezident Mixail Saakaşvilini sevindirib. AzerTaym.az xəbər verir ki, sosial şəbəkədə canlı yayıma çıxan Saakaşvili ölkədə seçki dairələri üzrə səsvermənin nəticələrini oxuyub. Qardabani rayonunda səs faizlərini deyən zaman o bu nəticələrdən sevindiyini gizlətməyib və soydaşlarımıza Azərbaycan dilində təşəkkür edib: “Azərbaycan, çox sağ ol. Sizlər dostumsunuz!”.