Azərbaycan Xalq Hərəkatından qopmalar: 4 nəfər qurumdan istefa verdi

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Azərbaycan Xalq Hərəkatından

Azərbaycan Xalq Hərəkatının (AXH) bir qrup üzvü qurumdan istefa verib.

"AzerTaym.az" Musavat.com-a istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay sosial şəbəkədə məlumat verib.

Onun statusunu təqdim edirik:

"Azərbaycan Xalq Hərəkatının bir qrup keçmiş üzvünün AXH-də yaranmış qeyri-sağlam mühitlə əlaqədar Bəyanatı

Biz – AXH İdarə Heyətinin aşağıda imza atan bir qrup keçmiş üzvü Azərbaycan Xalq Hərəkatında yaranmış qeyri-sağlam mühitə, eləcə də hələlik açıqlamaq istəmədiyimiz digər xoşagəlməz və arzuedilməz səbəblərə görə AXH sıralarında qalmağımızı qeyri-mümkün hesab etdiyimizi bəyan edir, təşkilatda qalaraq fəaliyyətlərini davam etdirən bütün dostlarımıza səmimi qəlbdən uğurlar arzulayırıq.

Mahmud Əhmədli
Ramiz Tağıyev
Rza Səfərsoy
Bəxtiyar Tuncay"

Mövzunu davam etdirəcəyik.






Fikirlər