“Razi Nurullayev AXCP-ni parçalaya bilməyəcək“ - Həsən Kərimov

“Razi Nurullayev AXCP-ni parçalaya bilməyəcək“ - Həsən KərimovRazi Nurullayevin mətbuata verdiyi açıqlamalar əsassız və böhtan xarakterlidir”.


"AzerTaym.az" xəbər verir ki,bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov bildirib.

Onun sözlərinə görə, avqustun 24-də AXCP sıralarından istefa ilə bağlı bəyanat verənlərdən heç birinin hazırda partiya qeydiyyatı yoxdur: “Onlardan yalnız bir nəfəri Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür. Biz sadəcə sonu gözləyirik. Dəfələrlə bəyan etmişik, yenə də deyirik. Razi Nurullayev nə etsə də Xalq Cəbhəsi Partiyasını parçalaya bilməyəcək. Bütün cəhdləri uğursuzluqla nəticələnəcək. Razi Nurullayev hər gün ifşa olunur”.

H.Kərimov R.Nurullayevin Ədliyyə Nazirliyinə müraciəti ilə bağlı sözü gedən qurumdan partiyaya hər hansı bildirişin gəlmədiyini vurğulayıb: “Onun heç bir haqqı yoxdur ki, Ədliyyə Nazirliyinə müraciət etsin. Razi Nurullayev sədrin sərəncamı ilə partiya sıralarından xaric olunub. Belə bir şəxsin Ədliyyə Nazirliyinə müraciət etməyinin hansı hüququ əsası var?”

Sədr müavini sonda onu da qeyd edib ki, Razi və onun kimilərin partiyanı parçalamaq cəhdi baş tutmayacaq.

Xatırladaq ki, dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt Şəhər Şöbəsinin bir qrup üzvü Razi Nurullayevin iddia etdiyi AXCP Etimad Qurultayını dəstəkləmələri ilə bağlı bəyanat yayıblar.






Fikirlər