Razi Nurullayev qəzet və sayt açır - Adlar
“Yeni Demokratiya” hərəkatının sədri, politoloq Razi Nurullayev yeni media holdinq qurur.
Bu barədə məlumatı AzNews.az-a onun özü verib.
Razi Nurullayevin sözlərinə görə, holdinqdə iki media qurum fəaliyyət göstərəcək:
“İlk öncə “Cümhuriyyət” qəzeti bərpa olunacaq. Sentyabrdan etibarən qəzet işıq üzü görəcək. İkincisi isə “Cəbhə.info” adlı portal yaradırıq”.
R.Nurullayev nəzarətində olacaq media holdinqin rəhbərinin adını da açıqlayıb:
“Baş redaktor Rəfael Becanov olacaq. Ayrıca ofis götürəcəyik. Maliyyəmizdən isə jurnalistlər razı qalacaqlar”.