VİP AXH-ni tərk etdi - İSTEFA!

VİP AXH-ni tərk etdi 

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib.

Bu barədə “Yeni Sabah”a VİP-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, iclasda ölkədəki mövcud ümumi vəziyyət, VİP-in Azərbaycan Xalq Hərəkatında (AXH) iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. 

Əli Əliyev AXH daxilində yaranmış vəziyyətə toxunaraq, müəyyən amillərin VİP-in Hərəkatda iştirakına xitam vermək zərurətini doğurduğunu diqqətə çatdırıb. Partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkən Əli Əliyev VİP nümayəndə heyətinin Türkiyəyə nəzərdə tutlan səfəri haqqında məlumat verib. O, partiyanın Bakıdakı diplomatik korpusla təmaslarının da artırıldığını qeyd edib.

Siyasi Şurada keçirilmiş səsvermədən sonra VİP-in AXH-də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub. Cari məsələlərin müzakirəsindən sonra bir qrup VİP üzvünə yeni dizaynda partiya bileti təqdim olunub.






Fikirlər