BAKIDA SİYASİ HADİSƏ: iqtidar, media və müxalifət bir arada - VİDEOLAR

Bu gün Park İnn otelində Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə dəyirmi masanın iştirakçıları olan siyasi partiyaların üzvləri, vətəndaş cəmiyyəti təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlər beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi mövzusunu müzakirə ediblər.

Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan deputat F.Ağamalı bildirdi ki, bu və digər səbəb və vasitələrlə Azərbaycandan xaricə gedən, anarxist mövqe nümayiş etdirən, mühacir müxalifət adlandırılan, səbatsız, iradəsi zəif insanlar Azərbaycana qarşı mübarizə aparırlar.

Onun sözlərinə görə, söyüş, əxlaqsız fikirlər, Azərbaycanın bütün rəsmi şəxslərinə, dövlət adamlarına, onun ailəsinə, özlərinə qarşı dayanan kim varsa, onlara ünvanlanıb: “Bu şəxslər ümidsizlik mühiti yaradırlar. İttifaqı zəiflətmək üçün də dövlətin üzərinə gəlirlər. Xüsusi olaraq bunarın içərisində xalqda qorxu hissi yaratmağa çalışırlar. Ermənistandan Gəncəyə qədər tunel açıldığını deyirlər, ağızları köpüklənə-köpüklənə Azərbaycandakı müxalifəti aşağılayaraq, özlərini həqiqi müxalifət elan edirlər, Ermənistanın dövlət maraqlarına xidmət etməkdədilər. Sizin hər biriniz zaman-zaman Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutmusuz. Niyyətimiz budur ki, dövlət öz işini görür və görməkdədir. Bu, onun məsuliyyətidir. Bu məsuliyyət hissindən çıxış edərək, öz iradəmizi ortalığa qoymalı, Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq”.

YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov isə çıxışında bildirdi ki, ayrı-ayrı ölkələrin təcrübəsində bu və ya digər ölkələrin daxili işlərinə qarışmaq təcrübəsi olub. Onun sözlərinə görə, bu, siyasi proseslər və seçkilər formaları içərisində daha çox tətbiq olunan hallardan biridir: “Ölkə vətəndaşlarının, fiziki və hüquq şəxslərin maliyyəsi əsasında maliyyələşə bilər. Ölkədə cərəyan edən bütün siyasət ancaq ölkə vətəndaşlarının iradəsi ilə reallaşdırıla bilər. Bütün ölkələrdə bu normalar mövcuddur. Azərbaycana qarşı son dövrlər ərzində xaricdə mühacir qismində geniş fəaliyyət göstərən şəxslər peyda olub. Youtube kanallarının maliyyə qazanması imkanları onların izləyiciləri bir neçə milyon olandan sonra mümkün olur. Bir neçə on min izləyici hesabına maliyyə imkanları əldə edilməsi nağıllardır. Bu, əldə etdikləri vəsaitlərin mənbəyini gizlətmək üçün vasitələrdir”.

*****

“Tədbirə iştirakçıları dəvət edəndə ayrı-seçkilik salınmamalıdır”. Bu sözləri bu gün Park İNN otelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada AXP sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, bütün siyasi-ictimai nümayəndələr vaxtında dəvət olunmalı idi: “Bunu müxalifətin daxilində bölücülük kimi qəbul edilməsinin qarşısı alınmalı idi. Azərbaycanda dövlət qeydiyyatından keçmiş bütün partiyalar dəvət olunmalı idi. İştirak etməyənlərin də məsuliyyəti öz üzərində qalsın. Azərbaycanda bir çox problemlər var. İqtidar tərəfindən qaldırılan problemlərdən biri iqtidaryönlü texnoloqların – ölkədə radikal müxalifətin olmasıdır. Mən bu barədə Əli Əhmədovun, Əli Həsənovun çıxışları ilə dəfələrlə qarşılaşmışam. Amma mənim fikrimcə, hazırda ölkədə radikal iqtidar problemi var. İqtidarın müxalifətə, icitimai təşkilatlara qarşı neqativ mənada radikal münasibətindən danışmaq lazımdır. İndi haqqında danışdığınız, söyüş müxalifəti adlandırdığımız problemin kökündə iqtidarın apardığı radikal siyasət dayanıb. Bu görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar. Bu problemin kökündə uzun illərdən bəri yeni müxalifət yaratmaq təbliğatının aparılması dayanır. Buyurun, bu da sizin yeni müxalifətiniz. Hamını narahat edən, mövcud olan o problemi siz yaratmısız. Yeni müxalifətiniz budur. Milyonlarla vəsairt xərcləndi, demokratik institutların, partiyaların ofisləri bağlandı. İqtidar daxilində buna məsıiyyət daşıyan məmurların, YAP daxilindəkilərin də məsələsi müzakirə olunmalıdır. İqitdarda baş verən hadisələri hər bir vətəndaş dəyərləndirmək hüququna malikdir”.

P.Hüseyn bildirdi ki, daha öncə köklü islahatlarla dəyişikliyə layihəsi hazırlayarkən YAP rəsmilərini, Əli Əhmədovu, Siyavuş Novruzovu, Aydın Mirzəzadəni dəvət ediblər: “Əvəzində sıfır reaksya adıq. Təklif etdik YAP qərargahına gəlib, müzairə edib, araşdıraq. Etinasızlıq göstərildi. Nəticəsi onların apardığı siyasəin zərərinə oldu. Azad sözü onların üzünə bağlayacaqsız? Onlar da bir vasitə tapacaqlar. Qapıları alternativ fikirlərin üzünə açmaq lazımdır. Ölkədə sosial-iqtisadi islahatlar dərinləşməlidir. Bunlar siyasi islahatlarla dərinləşdiriməsi, heç bir effetk verilməyəcək”.

AXP sədri sonda YAP rəhbərliyinə müraciət etdi: “Öz aranızda birlik yaradın. Şayiələr gəzir ki, PA-da bu tədbirdən xəbərləri yoxdur. Bu məsələdə qayda-qanun yaradılsın. Əgər həqiqi, dərin, sosial, iqtisadi islahatlar olacaqsa, buna qarşı çıxanlar olacaqsa, biz bu islahatları həyata keçirənlərin yanında olacağıq. Əli Kərimlini parlamentdə söyüb təhqir edəndə deputatlar qarşı çıxsaydı, ona qarşı səs çıxarılsaydı, bunlar davam etməzdi”.

*****

"Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət etmişəm". Bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masaya bütün siyasi partiyaların sədrlərinin dəvət olunmaması fikrinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, hazırda keçirilən tədbirə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaları dəvət ediblər: “Onların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərdik. Təkcə Əli Kərimlini dəvət etməmişəm”.

*****

“Heç bir dövlətə, beynəlxalq təşkilata dövlətin işinə qarışmaq səlahiyyəti verilməyib”. Bu sözləri "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada baş nazirin müavini Əli Əhmədov bildirib.

Musavat.com xəbər verir ki, Ə.Əhmədov öz çıxışında beynəlxalq təşkilatların seçkilərə müdaxilə edə bilməyəcəyini deyib: “Bəli, müdaxilə edə bilməz, müşahidə edə bilər. İkincisi, Sərdar Cəlaloğlu, sən səsləndirdin ki, Patruşovla olan danışıqlarda Patruşov “20 yanvarda olduğu kimi üsyan olsa, daxili qoşunlar xalqa qarşı qaldırılsın”, deyib. Sən bəyəm o danışıqlarda iştirak etmisən ki? Bilmədiyin halda burda niyə ağlına gələn bəyanatları səsləndirirsən?”

Ə.Əhmədov eyni zamanda dedi ki, hazırda burda dedi-qodu ilə məşğul olmaq doğru deyil: “Bütün məsələləri müzakirə etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Qəlbimizdə olan bütün məsələləri bura tökmək istəyiriksə, bu, başqa məsələdir. 90-cı illəri hamımız xatırlayırıq. Bu günkü Azərbaycanla o günkü Azərbaycanı müqayisə etmək, bugünkü Azərbaycanı tənqid atəşinə tutmaq doğru deyil. 30 il əvvəlki Azərbaycan indiki kimi idi? Neft pullarının xərclənməsi deyirsiz. Bakının gözəlləşməsi, ölkənin inkişafı üçün sərf edilən vəsaitlər var”.

Bu yerdə S.Cəlaloğlu yerindən replika ataraq, “o milyardlar nazirlərə verilib. Milyardları oğurlayan nazirlərə” - deyib.

*****

“Bu iki adamdan danışmağa embarqo qoyulmalıdır”.

Bu sözləri "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib: “Müxlaifət deyir ki, Heydər Əliyev Qarabağı verib. İqtidar deyir ki, Əbülfəz Elçibəy verib. Bu adamlardan danışmağa embarqo qoymalıyıq. Çünki erməni də deyir ki, özləri veriblər də... Bu, ümummilli məsələdir”.

N.Cəfəroğlu eyni zamanda bildirib ki, ölkədə azğın məmurlara qarşı mübarizə aparılmalıdır: "Onlar prezidentin reallaşdırdığı yaxşı işlərə kölgə salırlar. Siyasi məhbus məsələsi üzündən həmişə Azərbaycana təzyiq edirlər. Buraxın, getsin də onlar... Onlar üzündən ölkəmizə söz deyilməsin".

 

 






Fikirlər