İsgəndər Həmidovun "MÜXLİFƏT ZİRVƏSİ" təklifi birmənalı qarşılanmadı - Kimlər QARŞI ÇIXDI...
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun 25 dekabr tarixində, saat 12.00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında "Müxalifət zirvəsi" təşkil edəcəyi barədə məlumat yayılıb. Bununla bağlı məlumatı tanınmış jurnalist Əvəz Zeynallı özünün sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, sözügedən görüşün məqsədi "Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri" mövzusunda müzakirələr aparmaqdır. Ə. Zeynallının sözlərinə görə, zirvə görüşünə İsgəndər bəyin özü də daxil olmaqla 36 siyasətçi dəvət olunacaq. Məsələ ilə bağlı ilk olaraq, zirvə görüşünə evsahibliyi edəcək VHP-nin sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlama verib. O bildirib ki, belə bir toplantıya dəvət edilməyib və ümumiyyətlə, bundan xəbəri yoxdur: “Bu toplantını kim təşkil edir, məqsəd nədir, məlumatlı deyiləm. Bizim partiyanın adını veriblər ki, guya toplantı VHP-nin qərargahında baş tutacaq. Halbuki, buna razılıq verməmişik. Belə tərkibdə hər hansı görüşdə mən iştirak etmərəm, qatılmaram. Bu tərkibdə əvvəllər çox görüşlər keçirilib, heç bir nəticəsi isə olmayıb. Ona görə, bu məni maraqlandırmır. Müzakirəsiz, razılıqsız mətbuata konkret yer və siyahı vermək doğru deyil. Mənim qatılmadığım bir toplantı rəhbərlik etdiyim partiyanın qərargahında niyə keçirilməlidir? Bu düzgün olmaz”. “Əgər hansısa müxalifət partiyasının rəhbəri toplantı barədə xəbərsizdirsə, biz dəvətnamə göndərib, onlara məlumat çatdıracağıq. Narahatlığa əsas yoxdur. Sabir Rüstəmxanlı isə belə bir toplantının keçiriləcəyini bilirdi. Sizin saytınıza açıqlamasında niyə belə deyib, anlamıram. Bunun haqqında VHP sədri ilə söhbətimiz olub. Hətta biz toplantını dekabrın 31-də keçirməyi planlaşdırırdıq. Sabir bəy bildirdi ki, o, ayın 31-i burada olmayacaq. Onu nəzərə alıb, toplantını ayın 25-nə keçirdik. Ona qədər hər kəsə məlumat verəcəyik. Bu mənim keçirdiyim toplantı deyil, elə həmin tədbirə dəvət olunanların bir yerə yığışmasıdır”. “Kim istəyir, qəbul etsin, kim istəmir qəbul etməsin. Mən kimin müxalif olub-olmadığını sübut etmək istəmirəm. Əsas məqsədim Azərbaycan xalqının mənafeyidir. Bu gün xalqımın düşdüyü durum, demokratik islahatların aparılması məni daha çox narahat edir. Toplantı ona görə, təşkil edilməyib ki, kiminsə xoşuna gəlsin, yaxud gəlməsin. Azərbaycanda bütün ciddi məsələlər qalıb kənarda, bir-birinə ləkə atmaqla məşğuldurlar”. Açıqlanan siyahıda adı göstərilən siyasətçilərdən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də “Müxalifət zirvəsi”ndən xəbərdar olmadığını bildirib: “Belə bir toplantıya dəvət almamışıq. Heç bir məlumatımız da yoxdur. Ona görə, hər hansı fikir bildirə bilmərəm”. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov isə vurğulayıb ki, partiya olaraq müxalifətin inteqrasiyası və birliyinin tərəfdarıdırlar: “Bizə hələlik rəsmi dəvət olmayıb. Amma yenə də müxalifətdaxili problemlərin həlli, əməkdaşlıq yollarının tapılması, hər hansı məsələnin həllində birlikdə addım atılması vacibdir. Lakin müxalifət kimdir, kimlər müxalif deyil şəklində müzakirələrin aparılmasını ziyanlı hesab edirəm. Bizim hədəfimiz əsl müxalifətin kimlər olduğunu müəyyənləşdirmək deyil. Əsas propblemimiz ölkəni bu vəziyyətdən çıxarmağın yollarını axtarmaqdır. Çünki müxalifət olaraq biz də məsuliyyət daşıyırıq. Əslində bizim də həmin siyahıda birlikdə oturub, müzakirə aparmaq istəmədiyimiz şəxslər var. Amma bu o demək deyil ki, bütün məsələlərə şəxsi prizmadan yanaşmalıyıq. Bir məsələni də qeyd etmək istəyirəm ki, parlamentdə təmsil olunan müxalifət partiyalarının da zirvə toplantısına qatılması daha məqsədəuyğun olardı”. “Siyasi güclərin bir araya gəlməsi, hər hansı problemin həllində ortaq mövqe ortaya qoyması çox vacibdir. Partiyaların yalnız qrup maraqları onları ayrı-ayrılıqda fəaliyyət göstərməyə məcbur edir. Amma ümummilli məsələlərdə partiyaların fərdi fəaliyyətinin mənası olmaz. Məsələn, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı partiyaların ayrı-ayrılıqda fəaliyyəti heç nəyə yaramır. Azərbaycanda müxalifətin bir araya gəlməsi ən çox eks-prezident Əbülfəz Elçibəyin zamanında, Lalə Şövkətin, Etibar Məmmədovun siyasətdə aktiv olduğu zamanlarda başa tutub. Müxalifətin bir araya gəlməsində ən çox təşəbbüs göstərən də mən olmuşam. O zamanlar siyasətçilərin bir araya gəlməsi çox asanlıqla baş verirdi. Lalə Şövkət yeganə insandır ki, öz evində ardıcıl olaraq, siyasi partiyaların toplantısını təşkil edirdi. Elçibəy özü də bir çox toplantıda iştirak edirdi. İndi isə sanki partiya rəhbərləri məsuliyyət hiss etmirlər. Az qala hamısı təkəbbürlə öz bildiyini etməyə, qrup maraqlarına önəm verməyə çalışır”. “Vaxtilə Etibar Məmmədov Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi üçün Heydər Əliyevlə əməkdaşlıq etmişdi. Lakin 1993-cü ildən sonra toplantılarda Elçibəy də iştirak edirdi. Bunu ancaq yüksək siyasi mədəniyyəti olan, millətin və xalqın maraqlarını düşünən rəhbər edə bilər. Şərt deyil ki, bu, müxalifətin toplantısı olsun. Adını dəyişib, “Siyasətçilərin toplantısı” da qoymaq olar. Onda, bəzi şəxsləri real müxalifət olmamaqda ittiham edənlər nə deyəcək? Düzdür, Azərbaycan müxalifətinin içərisində hakimiyyətin tapşırıqlarını yerinə yetirən adamlar da var. Onlar isə real müxalifət zəif olduqda, düzgün siyasət apara bilmədikdə qalib gəlirlər. İstənilən halda, qeyd etdiyim kimi, ümummilli məsələlər müzakirə obyektidirsə, bir araya gəlmək vacibdir”. “Ola bilər, siyahıda adı olanların bəzilərini real müxalifət hesab etmirlər. Bunun fərqi yoxdur. Toplantıya kimin dəvət etməsi əsas məsələdir. Bu təşəbbüslə çıxış edən, bizi toplantıya dəvət edən şəxslər siyahıda qeyd edilənləri zirvədə görmək istəyir. Qəribə bir şey yoxdur. Toplantıya qatılmaq istəməyən partiya rəhbərləri də sağolsun. Onların bu qərarı toplantının təşəbbüsçülərini və onları maraqlandıran məsələdir. Hər halda öz aralarında gərəkli müzakirələri aparacaqlar. Qeyd etdiyim kimi, söhbət konkret məndən gedirsə, iştirak edəcəyəm”.
Görüşə dəvət ediləcək şəxslərin siyahısı isə sosial şəbəkədə birmənalı qarşılanmayıb. Belə ki, çoxları adı qeyd edilən bəzi siyasətçilərin müxalifətçi kimi təqdim olunmasını ironiya ilə qarşılayıb, bir qisminin hətta siyasət meydanında varlığı-ilə yoxluğunun hiss eilmədiyi vurğulanıb.
“Müxalifət zirvəsi”nin təşkilatçısı sabiq DİN rəhbəri İsgəndər Həmidov isə deyib ki, toplantı dekabr ayının 25-nə planlaşdırılıb. Həmin vaxta qədər siyahıda adı göstərilmiş partiya rəhbərlərinə dəvətnamə göndəriləcək:
Açıqlanan siyahının birmənalı qarşılanmamasına gəlincə, İsgəndər Həmidov bunları deyib:
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da toplantıya qatılmağı düşünür
Sərdar Cəlaloğlu deyib ki, hazırda da ümummilli məsələlərdə məsuliyyət hiss etməyən rəhbərlər toplantıya qatılmayacaq:
“Müxalifət zirvəsi”nə dəvət olunan Ümid Partiyasının sədri İqbal Ağazadə də toplantıya qatılacaq. İ.Ağazadə vurğulayıb ki, açıqlanan siyahının necə qarşılanmasının onun üçün heç bir əhəmiyyəti yoxdur: