Siyavuş Novruzov İsa Qəmbərlə Arif Hacılını HƏDƏF ALDI

Noyabr ayının 5-də Müsavat Partiyasının qərargahında dəyirmi masa keçiriləcək.  

 Bu barədə məlumatı bir neçə gün əvvəl Müsavat Partiyasının sədri Arif  Hacılı öz Facebook səhifəsində paylaşıb. O dəyirmi masada iştirak üçün  Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev və  Hikmət Hacızadə kimi müxalif partiya liderlərini dəvət edib.

 Maraqlıdır, dəvət olunan şəxslərdən hamısı dəyirmi masada iştirak edəcək?

Arif Hacılı Modern.az-a açıqlamasında dəyirmi masaya dəvət etdiyi şəxslərin heç birindən rədd cavabı almadığını bildirib.

Mütləq əksəriyyət razılaşıb, hələ ki, heç kim imtina etməyib. Lakin noyabrın 5-ə kimi müzakirələr davam edəcək, çalışacam ki, iştirakçıların hər biri iştirak etsin. Təklif etdiyim şəxslərdən bir iki nəfər istisna olmaqla qalanlarından müsbət cavab almışam. Ümid edirəm ki, sonda müraciət edilən hər kəs dəyirmi masada iştirak edəcək”.

 Deputat Siyavuş Novruzov Müsavat Partiyasının digər partiyaların təşkil etdiyi dəyirmi masalarda iştirak etmədiyini vurğulayıb.

Əgər bu gün Müsavat  dəyirmi masa keçirmək istəyirsə, buyursun müraciət etsin, hansı partiya məsləhət bilsə o da iştirak edəcək. Burada heç bir qəbahət yoxdur, qanun qarşısında hər bir partiya  eyni məsuliyyəti daşıyır. Lakin xatırlatmaq istəyirəm ki, dəfələrlə Azərbaycanda qeydiyyatdan keçərək parlamentdə təmsil olunan və olunmayan siyasi partiyaların böyük əksəriyyəti  dəyirmi masalar keçirərək müxtəlif məsələləri müzakirə ediblər, lakin o tədbirlərin heç birinə Müsavat Partiyası qatılmayıb. Hər bir partiya 5 ildən bir öz nizamnamə tələblərinə əməl etməli, lazımi vaxtlarda qurultayını keçirməlidir”.

 Deputat bildirir ki, Müsavat Partiyası İsa Qəmbər və Arif Hacılının monopoliyasında olduğu çünü lazımi görüntü yarada bilmir.

Kadr sahəsində bildiyiniz kimi prezident tərəfindən ardıcıl islahatlar həyata keçirilir. Partiyalar da bundan qaynaqlanaraq öz tərkibində islahat aparmalıdır.Müsavat da kadr islahatı keçirir lakin lazımi görüntü ona görə yarada bilmir ki, partiya sədrliyi İsa Qəmbər və Arif Hacılının  monopoliyasındadır. O baxımdan da orada azad və demokratik seçki heç vaxt keçirilməyib. Sadəcə onlar vəziyyətin idarəsini bir-birlərinə ötürürlər. Onların rəyindən kənar heç kəs Milli Məclisə, Milli Şuraya nə də başqa struktura seçilə bilməz. Müxalifət anlayışı bizdə yekcins deyil, yəni parlamentdə təmsil olunan müxalif partiyalar , parlamentdə təmsil olunmayan, xarici qüvvələrin əlində alətə çevrilən müxalif partiyalar, erməni lobbisi ilə əlbir olan partiyalar var. Buna görə vahid müxalifətin yaranması qeyri-müəyyəndir”. 






Fikirlər