İnsanovun HƏP-i lağa qoyuldu: Vahabzadə qəbirdə çevrilir...
Sabiq səhiyyə naziri Əli İnsanov partiya quruculuğuna başlayıb. Axar.az xəbər verir ki, Ə.İnsanov sosial şəbəkə hesabında "Haqq Ədalət Partiyası"nın (HƏP) təşkilat komitəsinin yaradıldığını bildirib. Təşkilat komitəsi 15 nəfərdən ibarətdir. Onların içərisində tanınmışlardan mərhum xalq şairi Bəxtiyar Bahabzadənin oğlu, sabiq diplomat İsfəndiyar Vahabzadə diqqəti çəkib. Digərləri bunlardır: Qalibə Budaqova (23 saylı orta məktəbin sabiq direktoru), Mirədalət Talışxanov (Baş prokurorun sabiq köməkçisi), Eyvaz Əliyev (Beyləqan icra başçısının sabiq müavini), Oruc Muradov (Xarkov şəhərində yaşayır), İlqar Quliyev (Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri), Babək Adıgözəlov (sabiq YAP-çı), Yalçın Qəhrəmanoglu (Kiyev şəhərində yaşayır), Əfqan Sadıqlı (jurnalist), Zaur Bayramoglu (Qazi), Murad Muradov (ictimai fəal), Rəşad Abbaslı, Fərrux Binətzadə (keçmiş polis zabiti), Murad Quliyev (ABŞ-da tədqiqatçı). Təşkilat Komitəsində ölkədən xaricdə yaşayanların iştirakı və onların Azərbaycandakı partiya quruculuğuna nə kimi dəstək olacaqları sual altında ikən, artıq tanınmışlar olaya münasibət bildiriblər. “Musavat.com” artıq bu reaksiyalardan bəzilərini dərc edib: Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı: “HƏP-in şüarı bu olmalı: HƏP böylə yayılsın hər kəsə vədlər, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov: “400-dən artıq məhkəmə qərarını icra etməyən adam ədalət (justice) sözündən istifadə edə bilərmi?” Konfliktoloq Əvəz Həsənov: “Bəxtiyar Vahabzadənin oğlu da gedib Əli İnsanova qoşuldusa, gör atası qəbirdə necə çevrilir. Bu partiyanın adını Hamısı Əliağıllı Partiyası - HƏP qoydum”. Real Partiyası funksioneri, iqtisadçı Natiq Cəfərli: “HƏPçi. Ya səbir”. Jurnalist Aygün Muradxanlı: “HƏPpirimlər partiyası. Gerblərində də yəqin təzyiqölçən şəkli olar. Şkalası 70-30”.
Pulsuz olacaqdır, iynələr, HƏBlər!”