YAP DEPUTATLIĞA NAMİZƏDLƏR SİYAHISINI AÇIQLAYIR - Köhnə tərkibdən qalanların bəziləri məlum oldu (Yenilənir)
Yaxın dəqiqə və ya saatlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısı açıqlanacaq. Artıq YAP İdarə Heyətinin bu məsələyə həsr olunmuş iclası da başa çatıb - siyahının bəzi fraqmentləri məlumdur. "AzPolitika.info"-nun əldə etdiyi məlumata görə, köhnə komandadan xeyli adam namizədliyinin yenidən təsdiq olunmasına nail olub. Hakim partiyanın namizədlər siyahısı əhəmiyyətli dərəcədə yenilənsə də, Milli Məclisin son tərkibində yer alan deputatladan bir çoxunun da namizədliyi irəli sürülüb. Məsələn, deputatlar İqbal Məmmədov, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun yenidən hakim partiyanın siyahısına düşdükləri dəqiqləşib. *** Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin YAP qərargahında YAP keçirilən iclası başa çatıb. APA-nın xəbərinə görə, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub. *** Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir. "Report" xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur. İclasdan sonra hakim partiyanın deputatlığa namizədlər siyahısı açıqlanacaq.