Əfsanəvi Qarabağ döyüşçüsü Hacı Əkbər Rüstəmov Rauf Arifoğlunun VƏKİLİ oldu - FOTOLAR
Əfsanəvi Qarabağ döyüşçüsü, şəhid atası, Ağdamın, Qarabağın müdafiəsində böyük döyüş yolu keçmiş Hacı Əkbər Rüstəmov Xətai rayon 35-ci seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili oldu. Musavat.com xəbər verir ki, bu gün onun vəkilliyi proseduru rəsmiləşdi. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra Hacı Əkbər Rüstəmov R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq. O, seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat -təşviqat və digər proseslərə nəzarət edəcək. Hacı Əkbər Rüstəmov R.Arifoğlunun seçki prosesində iştirak etməkdən məmnunluq duyduğunu bildirib. Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R. Arifoğlunun bir neçə vəkili elan olunub, digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Musavat.com