Milli Şura ilə Rəsul Quliyev arasında GƏRGİNLİK
Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyevlə Milli Şura tərəfdarları arasında gərginlik yaranıb. Pravda.az-ın xəbərinə görə, R.Quliyev Milli Şura tərəfdarlarından birindən ona ünvanlanan “Yazı yazmısınız 20 nəfər bəyənib. Bitmişliyin göstəricisi deyil, bəs nədir bu?!” yazısına belə belə cavab verib: “Heç vaxt hamını pisləməmişəm, yalan danışmaqdan xəcalət çəkməlisiniz. Çox ehtimal AXCP və Milli Şura sizin üçün “hamı” deməkdir, bu da təbiidir. Onların ətrafında bir nəfər belə obyektiv düşünən insan yoxdur”.