16.09.2014- Milli Şura ATƏT və BMT-dən yer istəyəcək
N.Səfərovun sözlərinə görə, qurumun sentyabrın 14-dəki sessiyası demək olar ki, evdə keçirilib: “Milli Şuranın sessiyasının keçirildiyi ofislərin sahiblərinə təzyiq edilir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Leyla Yunusu, Eldəniz Quliyevi xatırlayın. İndiki halda payız sessiyalarını müntəzəm keçirmək niyyətindəyik, buna görə də yer problem həll edilməlidir”.
N.Səfərov Milli Şuranın qarşılaşdığı bu problemin həlli ilə bağlı təklifini də səsləndirib: “Mənim fikrimcə yerlə bağlı beynəlxalq təşkilatlara- BMT, ATƏT-ə müraciət etmək olar. Bu qurumların Azərbycandakı nümayəndəliyindən təqribən 100 nəfərlik iclas zalı tələb edək. Bizə bundan başqa çıxış yolu buraxmırlar. Bakıda toplantı keçirdiyimiz yerləri yaxşı halda bağlayır,ofisdən çıxarır,icarə müqaviləsini pozurlar”.