1919-cu il, Ermənistan baş naziri, Qarabağa hücum – FOTO
Ermənistanın tarixən Azərbaycan ərazilərinə təcavüz etmək niyyətini əks etdirən yeni foto yayımlanıb. 1919-cu ildə Yerevanda çəkilmiş fotoda Ermənistanın o zamankı baş naziri Aleksandr Xatisyan və müdafiə naziri Xristofor Araratyan əks olunub. Fotoda hərbi birləşmələrə baxış keçirən Xatisyan həmin qüvvələrin Azərbaycan Xalq Cümhuriyyətinə məxsus Zəngəzur və Qarabağ ərazilərinə göndərilməsinə dair göstəriş verir. /modern.az