Qənirə Paşayeva Xalq artisti ilə bağlı Baş Nazirə müraciət ETDİ...

Bir qrup ziyalı Xalq artisti, professor, görkəmli bəstəkar Aqşin Əlizadənin xatirəsinin əbədiləşdiriməsi məqsədilə onun evinin önünə xatirə lövhəsi qoyulması ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət ediblər.

   Qənirə Paşayeva bu müraciəti dəstəkləyərək ziyalıların bu təşəbbüsünün reallaşması üçün Baş Nazir Əli Əsədova və Mədəniyyət Nazirliyinə xahiş müraciəti göndərib.

 Eyni zamanda komitə sədri bu məsələ ilə bağlı Mədəniyyət nazirinin müavini Vaqif Əliyevlə danışaraq ziyalıların bu təşəbbüsünün həyata keçirilməsi üçün dəstək göstərmələrini xahiş edib. /Modern.az






Fikirlər