Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir - FOTO
Bunu Azvision.az -a girovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, övladının dünyaya gəlməsi ilə bağlı yaxın günlərdə atasına məktub yazacaq.
K.Əsgərov atasının böyük nəvəsinə şeir yazdığını əlavə edib: "Atam nəvələrini çox istəyir. Onu girovluqda yaşadan bəlkə də nəvələridir. 60 yaşı var, nəvələrlə oynayan vaxtıdır, amma taleh elə gətirib ki, bu gün yanımızda deyil”.
Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir:
Aldım kresdən bu gün xoş xəbər
Gəlibdi dünyaya bir gözəl balam
Yerim boş qalmadı, adım itmədi
Tanrı bu gününə min şükür olsun!