"Putinin limuzini" kimi tanınan "Aurus Senat" bu azərbaycanlı milyarderin imiş

İlham Rəhimov: “Putini Tovuza da aparmışam...” - MÜSAHİBƏ - FED.az

Rusiyanın yüksək vəzifəli şəxslər üçün istehsal edilən “Aurus Senat” limuzinin nümunələrindən biri Bakı küçələrində görünüb.
"AzerTaym.az" 
xəbər verir ki, unikal.org avtomobilin kimə aid olduğunu müəyyənləşdirib. Fərdi müştərilərə hələ satılmayan 90-MC-002 dövlət qeydiyyat nişanlı avtomobil Rusiyada yaşayan azərbaycanlı milyarder Rəhimov İlham Məmmədhəsən oğluna məxsusdur. Sözügedən maşın onun adına rəsmiləşdirilib.
Qeyd edək ki, “Aurus” Rusiyada hakimiyyətin yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş modeldir və “Putinin limuzini” kimi tanınır.  Artıq Rusiya prezidenti vahid nümunədə yığılmış zirehli  “Aurus Senat Limousine” xidməti avtomobilindən istifadə edir.






Fikirlər