Əli Həsənovun qohumu KİMİ HƏDƏLƏYİB?!

Əli Həsənovun qohumu kimi hədələyir?

Əli Həsənovun qohumu kimi hədələyir?

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) maliyyə yardımı ayırdığı qəzetlərin sayını azaldıb. Fond maliyyələşmə mexanizmini, redaksiyaların kateqoriyalar üzrə bölgüsünü dəyişməsə də, bəzi nəşrləri öz siyahasına salmaqdan imtina edib.

KİVDF-inin yaydığı məlumata görə, 2020-ci ilin ikinci yarım ilində ümumilikdə 18 qəzet maliyyələşdiriləcək. Qəzetlər gündəlik, günaşırı və həftəlik nəşr olunduqlarına görə verilən vəsaitin həcmi də ona uyğun olaraq dəyişir. Belə ki, gündəlik çıxan “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Bakı-Xəbər” qəzetləri aylıq 20 min manat yardım alacaqlar.

Günaşırı nəşr olunan “Azernews”, “Novoye Vremya”, “Xalq Cəbhəsi”, “Hürriyyət”, “Ədalət” qəzetlərinə veriləcək aylıq vəsaitin həcmi isə 10 min manatdır.

5 min manat alacaq həftəlik qəzetlər isə bunlardır: “Türküstan”, “Azad Azərbaycan”, “Olaylar”, “Paralel”, “Unikal”, “Həftə içi”, “Nedelya”.

Xatırladaq ki, fevral ayında birinci yarım il üçün elan olunan müsabiqədə 25 qəzet redaksiyası qalıb elan olunmuşdu. Onlardan 7-si ikinci yarımildə “çıxdaş” edilib, habelə bəzi nəşrlərin günaşrı çıxmasına ehtiyac görülməyib.

Birinci kateqoriyaya daxil olan redaksiyalardan KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərliyə məxsus “Mövqe” qəzeti ümumiyyətlə siyahıdan kənarda qalıb. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ailə üzvlərinə məxsus “Kaspi” və onun rus dilində əlavəsi “Kaspiy” qəzetləri isə ilin birinci yarısında olduğu kimi, yenə yardım alanların siyahasında yoxdur.

Xatırladaq ki, KİVDF-nin ilin əvvəlində bu redaksiyaları siyahıdan kənarda saxlaması Ə. Həsənovun və onun xanımı, adıçəkilən qəzetlərin təsisçisi Sona Vəliyevanın sərt etirazları ilə qarşılanmışdı. Bundan sonra qəzetlər nəşrlərini davam etdirdi. Bəzi mənbələr KİVDF-nin qeyri-rəsmi şəkildə qəzetlərə aylıq 20 min manat yardımı bu ilin iyul ayına qədər davam etdirdiyini bildirir. Fondun yeni müsabiqəsində bu qəzetlərin adları yoxdur, onların nəşrlərini davam etdirib-etdirməyəcəkləri isə məlum deyil.

Birinci kateqoriyada əhəmiyyətli müsbət dəyişikliklərdən biri “Şərq” və “525-ci qəzet”-in gündəlik nəşrlərinin dövlət rərəfindən dəstəklənməsidir. Son illər hər iki redaksiya maliyyə çətinlikləri ucbatından günaşırı çıxmağa məcbur olmuşdu. Hər iki qəzetin Azərbaycan mətbuatında özünəməxsus dəsti-xətti, tarixi və ənənəsi var. Qeyd edək ki, bu addım ictimaiyyət tərəfindən də müsbət qarşılanıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə yazdığı qeydlərdə maliyyə sıxıntılarını KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin təzyiqləri ilə əlaqələndirib: “Axır ki.. ədalət öz yerini tapdı. KİVDF-nin 10 il haqsızlığına tab gətirən, güc-bəla ilə varlığını qoruyan "Şərq" üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək. Biz kecmişə dönmürük , önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkki-şübhə etmədən inanırıq. Cox vüqarlar Ədalətin, Haqqın qarşısında əyilib, yox olub, onlar ücün həmişə tarix və fakt yox, şəxsi mənfəət olub...”

“525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid də KİVDF-nin sabiq rəhbərliyindən narazılığını gizlətməyib: “Keçən ilin mart ayında KİV Fondu bizim qəzeti ikinci kateqoriyaya daxil edib, həftədə 3 dəfə çıxmağına qərar verəndə, mən dərin böhran keçirdim. O vaxt fikirlərimi ayrı-ayrı məsul şəxslərə bildirsəm də, bunu ictimaiyyətə açıqlamağı məqsədəuyğun saymadım. Amma içimdə bir inam vardı ki, “525-ci qəzet”, onun tarixi, keçdiyi yol, qarşısına qoyduğu vəzifələr, ən əsası da maarifçilik missiyası iflasa uğramamalıdır. Güman ki, bunu duyanlar, dəyərləndirənlər oldu...”

Günaşırı nəşr olunan qəzetlərin siyahısında da ciddi dəyişikliklər var, Fond onların sayını əhəmiyyətli dərəcdə azaldıb. İlin əvvəlində yardım alan “Üç nöqtə” qəzeti ümumiyyətlə siyahıdan çıxarılıb. Qəzetin baş redaktoru, teleaparıcı Xoşqədəm Baxşəliyeva Fondun bu qərarına münasibət bildirməyib. Xatırladaq ki, qərarda bildirilir ki, bu qəzet satışı az olduğu üçün müsabiqənin şərtlərinə uyğun gəlməyərək KİVDF-nin siyahısına düşməyib. “Olaylar”, “Paralel”, “Həftə içi” qəzetləri isə bundan sonra nəşrlərinə həftəlik olaraq davam edəcəklər.

Bu qərara “Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz sərt təpki verib. KİVDF-nin qərarı aıqlandığı gün - iyunun 4-də sosial şəbəkədəki hesabında bir neçə status paylaşan Y. Oğuz, işçilərinin 70 fazini ixtisar etdiklərini bildirib və qəzəbini belə ifadə edib: “Dəvə nə qədər arıq olsa da, dərisi bir eşşəyə yükdür...”

“25 yaşı olan "Olaylar" qəzetini və "Olaylar"informasiya agentliyini satıram. Alan varmı? İP-si aylıq Gooqle analitikdə 1 milyonu ötür...”

“Nəbadə, dövləti və onun başçısını müdafiə edəsiniz, əks təqdirdə ətrafı tərəfindən vurulacaqsınız...”

“Sizi biz qoruyuduq, bizi də vurub sıradan çıxartdınız” cümləmi nə zamansa yada salacaqsınız...”

Göründüyü kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu və qohumu olan baş redaktorun bəzi fikirləri bilavasitə Azərbaycanda yeni media siyasətini müəyyənləşdirən şəxslərə qarşı yönəlib. O, gah qəzeti və agentliyi satdığını, gah da işçiləri ixtisar etməklə fəaliyyətini davam etdirəcəyini bildirməklə qeyri-müəyyənlik içində olduğunu nümayiş etdirib. “Sizi biz qoruyurduk” tipli hədəsi isə ümumiyyətlə hakimiyyətə ünvanlanıb...

Nəşrlərini davam etdirəcək həftəlik qəzetlərin siyahısında da yeniliklər var. Belə ki, KİVDF yarandığı gündən ondan dəstək alan “Oxu məni” qəzetinə bu dəfə yardım ayrılmayıb. “Hərbi and” qəzeti də Fondan dəstək alan nəşrlərin sırasına daxil edilməyib. Bununla yanaşı günaşırı nəşr olunan “Həftə içi” qəzeti üçüncü kateqoriya qəzetlərin sırasına əlavə edilib. Qeyd edək ki, maliyyələşdirmədən kənarda qalan bu qəzetlərin rəhbərləri də Fondun qərarına hər hansı münasibət bildirməyiblər. / “AzPolitika.info”






Fikirlər