“ZaminBank”ın rəhbərinin həbsində Eldar Mahmudov ÇETESİnin İ Z İ...

“Zaminbank”ın rəhbərinin həbsində Eldar Mahmudov çetesinin izi

Qandallanan bankir sabiq nazirin pullarını ofşor hesablara daşıyanlardan biridir

“Zaminbank” ASC-nin rəhbəri və digər vəzifəli şəxslərin həbsi “Yeni Müsavat”ın yazdıqlarını bir daha təsdiq etdi. Bank rəhbərliyinin qanunsuz əməlləri, sabiq MTN naziri Eldar Mahmudov və digərləri ilə əlbir olaraq cinayət əməlləri törətməsini bir neçə dəfə təfərrüatlı şəkildə dərc etmişik.

Bank rəhbərliyinin “MTN çetesi” ilə əlaqələrini, banka pul yatıran şəxslərin siyahısının MTN-ə ötürülməsini, onlara qarşı plan qurularaq tora salınmasını yazmışdıq. Və ən əsası da bu bank vasitəsilə Eldar Mahmudova və digər MTN generallarına məxsus çirkli pulların ölkədən çıxarılmasında əsas pay sahibi olduğunu diqqətə çatdırmışdıq.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd edilir ki, “Zaminbank” rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özgə əmlakını külli miqdarda ələ keçiriblər.

Ləğv edilən “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılmış 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərinin köməyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Onun kreditlərin əsas hissəsini öz ailə üzvlərinin adına ayıraraq mənimsədiyi məlum olub.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Nadir İsmayılov

İstintaq zamanı Nadir İsmayılovun öz işçisinə qarşı da cinayət törətdiyi üzə çıxıb. İsmayılovun bankın “Bakı” filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən edilib.

Nadir İsmayılova qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Zaminbank"ın filial müdiri mənimsəmədə suçlanır - daha əvvəl ...

“Zaminbank”ın MTN-lə əlaqələri...

“Yeni Müsavat” olaraq “Zaminbank”ın MTN-in sabiq rəhbərliyinin nəzarətində olan banklardan biri olduğunu illər öncə qeyd etmişik. Bu banka nəzarəti əsasən MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda həbsdə olan Füzuli Əliyev həyata keçirirdi. Onun qardaşı Elşən Əliyev sözügedən bankda filial müdiri vəzifəsində çalışırdı.

Füzuli Əliyev isə Eldar Mahmudovun qara işlərinə nəzarət edən “Akula Akif” kimi tanınan Akif Mustafayevin adamı idi. Onun Eldar Mahmudova təqdimatı ilə Füzuli Əliyev nazirlikdə yüksəlmişdi və qızıl-zinət əşyalarının ölkəyə gətirilməsi, pul köçürmələri, MMC-lərin fəaliyyəti kimi sahələrə nəzarət edirdi.

F.Əliyev MTN-də işlədiyi dönəm ərzində yüzlərlə iş adamına qarşı ağlasığmaz cinayətlər törədib və buna görə də hazırda həbsdədir. Onun əməllərini sübut edən məhkəmə işləri barədə yazılar dərc etmişik.

Füzuli Əliyev yüzlərlə iş adamının müflis edilməsi ilə nəticələnən qurama əməliyyatlar təşkil edərək, vəzifə cinayətləri törədib.

Onun məhkəmə proseslərinin birində etdiyi sensasion etirafı öz əməllərini də sübut edirdi.

Füzuli Əliyev həmin sensasion çıxışında zərərçəkmiş kimi tanınan şəxsə üzünü tutaraq bunları demişdi: “... Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan istifadə edirdik, bizə qarşı da elə elədilər...”

Bundan başqa, qeyd edək ki, “Zaminbank”ın adı Rusiya hüquq-mühafizə orqanlarının Moskvada keçirdikləri əməliyyatda da çəkilirdi.

Əməliyyat nəticəsində Azərbaycandan qeyri-leqal yollarla nağd şəkildə milyonlarla dollar pul daşıyan bir neçə nəfər saxlanılmışdı. Bildirilirdi ki, Rusiya üzərindən hər həftə 20-25 milyon dollar daşıyan və bunu offşor şirkətlər üzərindən “yuyaraq”, yenidən Azərbaycanın maliyyə sisteminə soxan bu dəstənin fəaliyyətinin bir ucu “Zaminbank”a qədər gedib çıxır.

MTN dönəmində “Zaminbank” vasitəsilə hər gün 10 milyonlarla pul Bakıdan MDB ölkələrinə, həmçinin Türkiyəyə və Dubaya daşınırdı.

Allah bəlasını versin Eldar Mahmudovun..." - "Zaminbank"ın sahibi ...

Eldar Mahmudovun ailə üzvlərinin adına Avropada alınan mülklərin pullarının ödənişi də bu bank vasitəsilə həyata keçirilib.

Əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, Nadir İsmayılov MTN-in tapşırığı ilə  Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyevə ötürürmüş.

Bu yazıda onu da qeyd etmək lazımdır ki, Azərbaycanda iki nəfər - Malik Əliyev və Rüfət Vəliyev ölkədən 5,5 milyard pulu çıxarmaqda ittiham edilərək həbs ediliblər. Həmin pulların adıçəkilən şəxslərə məxsus olmadığı hər kəsə məlumdur. Lakin onlar pulların əsl sahibini açıqlamaqdan imtina etdilər və ömürlərinin 10 ildən artığını həbsxanada keçirməyə razı oldular.

“Yeni Müsavat” qəzeti isə həmin pulların əsl sahibinin Eldar Mahmudov olduğunu üzə çıxardı. Məlum olmuşdu ki, Eldar Mahmudov bir neçə bank vasitəsilə 5.5 milyardı offşor şirkətlərə köçürüb. Həmin banklardan biri də “Zaminbank” ASC olub.

Hazırda bu fakt üzrə də Nadir İsmayılov ətrafında araşdırmalar aparılır. Onun ailə üzvlərinin də məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Xatırladaq ki, Nadir İsmayılov Sankt-Peterburqda hotel və restoranlara sahibdir.






Fikirlər