Sosial şəbəkələrdən və kütləvi informasiya orqanlarından gələn xəbərlər sırasında bu gün dünyanın bir çox yerlərində yaşayan azərbaycanlıların Dövlətimizə,Ordumuza dəstək və son döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş həmrəylik mitinqlərinin keçirilməsi haqqında xəbərlər daha çox yer almaqdadır.
Həmyerlilərimiz bu gün Almaniyada daha coşqulu həmrəylik mitinqləri təşkil ediblər.
Belə ki,Almaniyada yaşayan həmvətənlərimiz Berlində Azərbaycan səfirliyi qarşısında həm həmrəylik, həm də Ermənistan səfirliyi qarşısında etiraz mitinqi keçirib.
Məlumat üçün bildirək ki, mitinqlərin təşkilatçılarından və aparıcılarından olan Cavidan İsmayıl (İlham İsmayılın oğlu) həm Azərbaycan, həm ingilis dilində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın hər zaman dövlətlə, xalqla, ordu ilə birlikdə olduğunu söyləyib, dünyadan Qarabağa ədalət istəyini ifadə edən çıxış edib.
"AzerTaym.az" həmin mitinqlərdən video görüntüləri diqqətinizə çatdırır: