“Haqqımda nə tapsanız da...” - Razi Nurullayev

“Haqqımda nə tapsanız da...”  - Razi Nurullayev

Haqlı, ədalətli və sağlam tənqidə dözümlü yanaşmaq lazımdır. Tənqiddən nəticə çıxarıb, düzəlməyə çalışmaq vacibdir. Xalqın bildiyi həqiqətləri demişəm. İndi bəzi jurnalistləri, vətəndaşları, yağ-bal içində bəslənən qohum-əqrəbanızı öyrədib lazım olmayan suallar verdirirsiniz, yazdırırsınız, şər-şəbədə ilə məşğul olursunuz. Amma bilin ki, mənim haqqımda nə tapsanız da, xalqın malının və büdcəsinin talanmasını tapmayacaqsınız”.

"AzerTaym.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

“Xalqdan milyonlarla vəsaiti oğurlamaq, büdcəni talamaq, korrupsiya və rüşvətxorluqla məşğul olmaq çox böyük cinayətdir. Siz bunu düşünün, sonra məndə eyib axtarın. 

Dövlətçiliyi və müstəqilliyi bu xalq qanı və canı bahasına qazanıb. Qarabağda on minlərlə şəhid verib. Azğın, mənfur erməni və havadarları ilə üzbəüz dayanıb. Sizin hərəkətiniz həm də təmsil etdiyiniz düşərgəyə, sizi bataqlıqdan çıxarıb dövlət adamı edən (əfsus ki, dövlət adamı ola bilmədiniz) Prezidentə yönəlikdir. Bunu da unutmayın. 

Çoxları bilir ki, Razi Nurullayev dövlətçi adamdır, dövlətini, xalqını sevir və dövlətçilik atributlarına da sadiqdir. Heç nəyi də boş yerdən etməz, yalan danışmaz”,- deyə deputat bildirib.

Xatırladaq ki, R.Nurullayev parlamentin növbədənkənar sessiyasında bəzi yüksək rütbəli məmurların ünvanına sərt tənqidlə gündəmə gəlib.






Fikirlər