“Pandemiya qadağaları, sanki, kasıblara aiddir, varlılar isə şellənməkdə davam edə bilərlər”

{title}

Pandemiya ilə əlaqədar ölkədə toyların keçirilməsi qadağandır. İki gündür yüksək rütbəli məmurların toy mərasimlərindən yazılmasına baxmayaraq rəsmi strukturlar ya susurlar, yaxud da utanmadan yalanlayırlar”.

"AzerTaym.az" bildirir ki, bunu hüquqşünas Aslan İsmayılov öz feysbuk səhifəsində deyib.

“Yaşadığım Bibiheybət qəsəbəsində yerləşən, Baş nazir Əli Əsədova məxsus “Sapphire Marine” mehmanxanasının həyətində dünən şıdırğı mərasim gedirdi. Əminəm ki, başqa toy görüntüləri də həqiqəti əks etdirir. Ya xalqı ələ salırlar, yaxud hakimiyyətsizlikdir. Pandemiya qadağaları sanki kasıblara aiddir, varlılar isə şellənməkdə davam edə bilərlər, çünki rəsmi strukturların ifşa etdiyi toy, yas mərasimlərdəki görüntülərdən bu açıq aşkar görünür. Ya bu mərasimlərə icazə verin, ya da hamı üçün qadağa qoyun! Məhz bu cür saymazlıq, ayrıseçkilik insanlarda hakimiyyətin koronavirusla mübarizə tədbirlərinə inamsızlıq yaradır və bu bəlanın hələ uzun sürəcəyi qaçılmazdır. Normal hakimiyyət olsa, qanunsuzluğa yol vermiş məmurlar dərhal istefaya göndərilərdi” – A.İsmayılov qeyd edib.

 

 






Fikirlər