Xalq RƏSSAMI Tofiq Yaqubluya AZADLIQ istədi - "ONUN AZAD EDİLMƏSİ HAKİMİYYƏTİN DƏ QƏLƏBƏSİ OLARDI"

Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq rəssamı, YUNESKO Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov da bu çağırışla müraciət yayıb.
Müraciətin tərcüməsini təqdim edirik:
“Tofiq Yaqublunun müdafiəsi üçün söz deməklə mədəniyyət xadimlərinə müraciət edirəm. Sivilizasiyalı ölkələrdə dövlətlər öz vətəndaşlarının həyatını xilas edir.
Axı hamı bilir ki, hökm haqq qazandırlmayacaq qədər ədalətsiz və qəddar olub, hakim, Allah bilir kimlərəsə yarınmaq üçün gərək olduğundan artıq səy göstərib, amma hökuməti pis duruma salıb. Əgər Azərbaycan demokratik ölkədirsə, yaxud biz demokratiya yolu ilə gediriksə Tofiq Yaqublunun azad edilməsi yeniləşmə və ölkənin simasının neqativlərdən təmizlənməsi üçün humanist bir addım ola bilər.
Hər bir vətəndaş öz şəxsi rəyini haqq edir, amma bu, insanları cəzalandırmaq üçün əsas olmamalıdır. Tofiq Yaqublu öz rəyini ucadan və bir çoxlarından daha cəsarətlə deyirdi və mən onu « müxalifətçi» saymıram: o, Vətənpərvərdir, Vətənimiz üçün döyüşüb, susanların əvəzinə danışıb, qorxaqları ittiham edib. O, baş verməkdə olduğu deyilən dəyişimlərin tərkib hissəsidir, dəyişimləri sürətləndirənlərdəndir. Onun azad edilməsi yalnız vətəndaş cəmiyyətinin deyil, köhnə sistemi islah etmək kursunu götürdüyünü deyən hakimiyyətin də qələbəsi ola bilərdi.
Aclıq aksiyası ilə Tofiq Yaqublu bir daha sübut edir ki, o, mərd adamdır və bu mərdlik heç də hamıda yoxdur. Onun «Ya azadlıq, ya ölüm» sözləri isə havaya üfürülmüş söz deyil.
Ona azadlıq verin!”
Gununsesi.info






Fikirlər