Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetindən getdi - İstefa

 

Millət vəkili Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsindən istefa verib.

 "AzerTaym.az" xəbər verir ki, bu barədə AzVision.az-a B.Sadıqov özü bildirib. 

O qeyd edib ki, qəzetin baş redaktorluqdan istefasına səbəb özünün təbliğat-təşviqat qrupuna rəhbərlik etməsidir: Seçki Məcəlləsinin tələblərinə görə, deputatlığa namizəd qəzet rəhbərləri təbliğat-təşviqat dövründə istefa verməlidirlər. Bu ondan irəli gəlir ki, mən qəzet baş redaktoru olaraq, bu üstünlükdən rəqiblərimə qarşı istifadə edə bilərəm. Bunun qarşısını almaq üçün Seçki Məcəlləsinin tələblərinə əməl edərək “Azərbaycan” qəzetinin baş redaktorluğundan istefa vermişəm”. 

B.Sadıqov əlavə edib ki, oktyabr ayının 6-dan qəzetə I müavini Amil Novruzov rəhbərlik edir. 






Fikirlər