Meral Akşenerdən Azərbaycana DƏSTƏK
Türkiyə İYİ partiyasının lideri Meral Akşener Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dəstək verdiklərini bildirib. Bu barədə Akşener “Twitter” hesabında yazıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu barədə məktub göndəriblər. “Bu dəstəyimizi yerində də göstərmək üçün deputat heyətimiz Bakıya getmək üçün Azərbaycanın razılığını gözləyir”. Yenisabah.az