“Paşinyanın yalvarması artıq Azərbaycanın qələbəsidir” - DEPUTAT

“Paşinyanın yalvarması artıq Azərbaycanın qələbəsidir” - Deputat

"Dağlıq Qarabağın işğaldan azad olunması üçün gec-tez erməni bizə yalvarmalı idi".

  Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, biz bunun üçün Ermənistana gücümüzü göstərməli idik: "Mən bunu dəfələrlə demişdim ki, erməni yalnız bu halda bizimlə razılaşacaq. Erməni elə bir xislətli millətdir ki, onları məcbur etməliyik ki, bütün dünyaya yalvarsın. Erməniləri yalvarmağa məcbur etməyin ən yaxşı yolu da hərbi gücümüzü göstərməkdir. Bəli, cənab Prezidentimiz qətiyyətli addımı ilə xalqın ləyaqətli lideri olduğunu sübut etdi. Dövlət başçısı konkret addım atdı və bundan sonra Paşinyan yalvarmağa başladı.

Biz birləşib gücümüzü göstərdik və düşməni yalvarmağa məcbur etdik. Bu gün düşmən bütün dünyaya yalvarır ki, Azərbaycandan xahiş eləsinlər, atəkəs elan olunsun. Cənab Prezidentin yürütdüyü uğurlu siyasət, qətiyyətli mövqe artıq düşməni ağ bayraq qaldırmağa məcbur etdi. Bu, artıq qələbədir. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Preizdentinin və ən əsası, Azərbaycan əsgərinin qələbəsidir. Azərbaycan 30 il sülh danışıqlarına getdi, amma Ermənistan bu danışıqlardan havadarlarının sayəsində yayındı. Ermənistan Azərbaycana danışıqlar üçün 7 şərt qoyurdu, Paşinyan ağlına gələni sayaqlayırdı. Cənab Preizdent həmin 7 şərtin qarşısına cəmi 1 şərt qoydu ki, torpaqlar işğaldan azad olunmalıdır. Erməni xalqının boyunu yerə soxmaq lazımdır ki, onlara küçədə donuz otarmaqdan gələn bir beynəlxalq avanturist rəhbərlik edir".

E.Məmmədov bildirib ki, artıq bu gün danışıqların şərtini Azərbaycan qoyur.






Fikirlər