Türkiyə səfirliyi Kəlbəcərə görə Azərbaycan xalqını TƏBRİK etdi
Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyi Kəlbəcər rayonunun azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, təbrik səfirliyin "Twitter" səhifəsində paylaşılıb. Paylaşımda deyilir: "Kəlbəcərin işğaldan qurtulması və Azərbaycan torpaqlarına yenidən qatılması vəsiləsilə Azərbaycan ordusunu ve xalqını ürəkdən qutlayırıq".